FACT-INFO.AZ » CƏMİYYƏT » “Karabakh İs Azerbaijan!” adlı “YouTube” kanalının təqdimatı keçirilib
10-06-2020, 12:10 | CƏMİYYƏT
“Karabakh İs Azerbaijan!” adlı “YouTube” kanalının təqdimatı keçirilib

Azərbaycan Diaspor Könüllülərinin təşəbbüsü ilə yaradılan “Qarabağ Azərbaycandır!” (Karabakh İs Azerbaijan!) adlı “YouTube” kanalının videotəqdimatı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu münasibətlə təşkil edilən virtual tədbirdə Bakıda və müxtəlif regionlarda yaşayan 50 nəfərədək diaspor könüllüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Aqil Əsədov və Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının koordinatoru Bəxtiyar Rəhimov iştirak ediblər.

Dövlət Komitəsinin “Təbliğat, informasiya və analitik təhlil” şöbəsinin müdiri A. Əsədov tədbiri giriş sözü ilə açaraq gəncləri salamlayıb, onların təşəbbüsü ilə yaradılan “Karabakh İs Azerbaijan!” adlı “YouTube” kanalının əhəmiyyətini qeyd edib və görüləcək işlərdən danışıb.

Daha sonra “Azərbaycan Diaspor Könüllüləri”nin koordinatoru B. Rəhimov gəncləri salamlayaraq, ali məktəblərdə imtahan sessiyası müddətində vaxt ayırıb onlayn konfransa qoşulduqlarına görə təşəkkür edib. Pandemiya dövründə dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri qeyd edib və gəncləri karantin dövrünün qaydalarına ciddi əməl etməyə çağırıb.

Təqdim edilən “YouTube” kanalı haqqında danışan B.Rəhimov təşəbbüsün alqışlandığını bildirib və Komitə rəhbərliyi tərəfindən də dəstəkləndiyini minnətdarlıqla qeyd edib.

Könüllü gənclər vurğulayıblar ki, dünyada informasiya müharibəsi getdiyi bir vaxtda hər birimiz bir əsgərik və hər birimiz Azərbaycan həqiqətlərini, xüsusilə Dağlıq Qarabağla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıyıq. Belə bir təşəbbüsə dəstək olduğu üçün Dövlət Komitəsinə, onun rəhbərliyinə təşəkkürlərini ifadə edən gənclər “Qarabağ Azərbaycandır!” sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün əllərindən gələn hər şeyi edəcəklərini bildiriblər. Sonda təqdimat iştirakçıları aşağıdakı bəyanatı qəbul ediblər: “Biz – Azərbaycan Diaspor Könüllüləri möhtərəm Ali Baş Komandanın Avropanın mərkəzində işğalçı ölkənin baş nazirinə keçdiyi tarixi dərsdən ruhlanaraq “Qarabağ Azərbaycandır!” adlı “YouTube” kanalı yaradırıq. Kanalda Qarabağ həqiqətləri - tarixi, təbiəti, adət-ənənələri, mətbəxi, əhalisi, mədəniyyəti, musiqisi, şəxsiyyətləri və s. haqqında Azərbaycan, ingilis və rus dillərində videolar hazırlayaraq paylaşacağıq.

Kanalın məqsədi “Qarabağ Azərbaycandır!” ifadəsinin bütün dünyaya qəbul etdirilməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı, azərbaycansevər gəncləri Azərbaycan həqiqətlərinin təbliği istiqamətində daha da səfərbər etməkdir. Bir daha bəyan edirik ki, “Qarabağ Azərbaycandır!” sözlərinin bütün dünyaya qəbul etdirilməsi üçün, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərlə birlikdə, əlimizdən gələni edəcəyik”.




Baxış sayı: 1 244
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031