FACT-INFO.AZ » XƏBƏR » Hikmət Şikarov: Azərbaycan polisi təhlükəsizliyimizin, rifahımızın keşiyindədir
9-06-2020, 15:20 | XƏBƏR
Hikmət Şikarov: Azərbaycan polisi təhlükəsizliyimizin, rifahımızın keşiyindədir

Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə xalqımız dövlətçilik ənənələrini, milli dəyərləri qorumaqla dayanıqlı müstəqil dövlətini qurdu, millət kimi mövcudluğunu qoruyub saxladı. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur.

Azərbaycanın dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür. Tarixən mövcud olan klassik cəmiyyətlərdən tutmuş müasir demokratik cəmiyyətlərə qədər olan bütün dövrlərdə mövcud dəyərlər həmişə həmin dövrə müvafiq olan hüquqla tənzimlənib. Hüquq-mühafizə sistemində polisin rolu isə hər zaman xüsusi əhəmiyyət kəsb edib. Dövlətimizin inkişafı və müstəqilliyimizin qorunmasında hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısı olan hüquq-mühafizə orqanı kimi Azərbaycan polisinin fəaliyyəti əvəzolunmazdır.

Güclü dövləti yaratmaq üçün başlıca amil sabitlik və əmin-amanlıqdır. Yalnız ictimai asayişin bərqərar olduğu cəmiyyətdə inkişaf mümkündür. Çətin və şərəfli peşə olan Azərbaycan polisi bu vəzifənin öhdəsindən layiqincə gəlməklə dövlətimizin inkişafına öz təhfəsini verərək xalqın ehtiram və etimadını qazanmışdır.

Bu gün ölkə əhalisinin dinc və sabitlik şəraitində yaşaması, dövlətimizə qarşı təxribatların qarşısının alınması, cinayətkarlığa qarşı mübarizə xalqın Azərbaycan polisinə olan ehtiramını artırır.

Son aylarda koronavirus pandemiyasının bəşəriyyəti hədələməsi hər bir zaman olduğu kimi bir daha Azərbaycan polisinin resurslarının səfərbər olunmasına, yeni çağırışlara daha çevik cavab vermək siyasəti yürütməyə sövq etdi. Pandemiya ilə mübarizədə ön cəbhədə yer alan Azərbaycan polisi xidməti borcunu layiqincə yerinə yetirir.

Koronavirusla mübarizədə səhiyyə sistemi əməkdaşları ilə yanaşı ön cəbhədə yer alan polislər böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə verirlər. İstər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisi böyük fədakarlıq nümayiş etdirir. Polis vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirir, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət edir, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atır.

Gündəlik şahidi olduğumuz hadisələr və sosial şəbəkələrdə əks olunan paylaşımlarda polisin xidməti borcunu layiqincə yerinə yetirməklə yanaşı, çətin vəziyyətdə olan insanların köməyinə çatması, onlara yardım əli uzatması və humanist davranışlarının şahidi oluruq. Bütün bunlar vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır. Lakin bütün bu reallıqlarla yanaşı Azərbaycan polisinə qarşı bir qrup insanın aqressiv münasibəti, onların fəaliiyyətinə “ləkə yaxmaq” istəyi milli maraqlarımıza zidd hərəkətdir.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov




Baxış sayı: 1 059
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30