FACT-INFO.AZ » XƏBƏR » Afinada Xocalıya həsr edilən film və kitabın təqdimatı olub
24-02-2016, 09:20 | XƏBƏR
Afinada Xocalıya həsr edilən film və kitabın təqdimatı olub

Afinadakı “Ideal Cinema” kinoteatrında ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan beynəlxalq mükafatlar laureatı “Endless Corridor” (“Sonsuz dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.   Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Modern.az saytına verilən məlumata görə, “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı səfirliyi və TEAS tərəfindən təşkil edilmiş anım gecəsi 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilib. Qətliam nəticəsində 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 qoca da vardı.  

Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla 120 nəfərlik auditoriya qarşısında çıxış edən Azərbaycanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev deyib: “Azərbaycan illər boyu beynəlxalq ictimaiyyəti təsirləndirmək və Xocalıda baş vermiş mülki vətəndaşların soyqırımına gətirib çıxaran hadisələr barədə həqiqəti çatdırmaq üçün böyük kampaniyalar keçirərək, hökumət və milli parlamentləri bu faciəvi hadisələrə düzgün siyasi və hüquqi qiymət vermələrinə çağırır. Belə ki, Xocalıda baş vermiş vəhşiliklərin miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün 8 may 2008-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlanıb. Kampaniya Yunanıstan da daxil olmaqla 30-dan artıq ölkədə 100 mindən artıq insanın və 100-dən artıq milli qrup və assosiasiyanın iştirakı ilə həyata keçirilib.

Fürsətdən istifadə edərək sizdən, Yunanıstan xalqından “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına dəstək verməyinizi rica edirəm. Gərək biz hamımız milli şovinizm ideologiyasına qarşı birgə mübarizə aparaq. Bu faciəvi hadisələrə siyasi qiymətin verilməsi, təkcə qətlə yetirilmiş və yaralanmış azərbaycanlıların xatirəsi üçün vacib deyil. Bu, dünya ictimaiyyətinin bu cür faciələrin bir daha təkrarlanmasına yol verməməsi üçün vacibdir”.

“Sonsuz dəhliz”in litvalı rejissoru Aleksandras Brokas filmin yaranması barədə danışaraq məlumat verib ki, layihənin ideyası onun litvalı həmkarı hərbi jurnalist Riçard Lapaitis və rusiyalı jurnalist Viktoriya İvlevanın Xocalı qətliamında sağ qalmış iki şəxslə görüşmək üçün Azərbaycana yenidən qayıdışından sonra ərsəyə gəlib.

A.Brokas hər ikisi postsovet ölkəsi olan Litva və Azərbaycan arasında ortaq hisslər barədə bəhs edib. O, filmin burada rəğbətlə qarşılanmasından məmnun qaldığını deyərək vurğulayıb ki, yunanların başqalarının dərdlərinə nə dərəcədə şərik çıxmasına hazır olması məndə onda təəssürat bağışladı.

Filmin fasiləsi zamanı, həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub.  

Kitabın redaktoru İan Peart kitabında qurbanların günahsızlığı haqqında yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”

Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçiləri tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.  




Baxış sayı: 1 975
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30