FACT-INFO.AZ » XƏBƏR » İsveçdə “Sonu olmayan dəhliz” filmi nümayiş etdirilib
19-02-2016, 09:40 | XƏBƏR
İsveçdə “Sonu olmayan dəhliz” filmi nümayiş etdirilib

 

Filmin nümayişi  “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib. Bu film 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf olunub. Modern.az saytı xəbər verir ki, bu barədə APA-ya Avropa Azərbaycan Cəmiyyətindən məlumat verilib.  

Məlumata görə, britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilən “Sonu olmayan dəhliz” sənədli filmi 2015-ci ildə keçirilmiş beynəlxalq premyerasından sonra tamaşaçıların rəğbətini qazanıb.  

Çoxlu sayda siyasətçi, tanınmış ictimai şəxs və media nümayəndələrinin, Azərbaycanın İsveçdəki səfirinin qatıldığı tədbirdə çıxış edən TEAS-ın direktoru Lionel Zatter deyib: “TEAS, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası çərçivəsində bu tədbirləri keçirməkdən qürur duyur”.  

O bildirib ki, “Xocalıya Ədalət” beynəlxalq kampaniyası 2008-ci ildə başlanılıb.  Bu kampaniyanın qısa zaman kəsiyində geniş vüsət alması regionda ədalətin bərqərar edilməsində beynəlxalq dəstəkdir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub. TEAS “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Afina, Berlin, Brüssel, Florensiya, İstanbul, London, Paris, Strasburq və Vilnüsdə tədbirlər təşkil edib.

“Sonu olmayan dəhliz” filmi Xocalı faciəsinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri əsasında qurulub.

O, qətliamdan xilas olmuş, gözləri qarşısında yaxınları qətlə yetirilmiş insanların bu xatirələrlə necə yaşadıqlarını öyrənmək arzusu ilə geri dönüb. Rusiyalı jurnalist Viktoriya İvleva da iki günlük körpəsini həmin qətliamdan xilas edən ana – Mehribanla görüşüb. Bu hekayələr həyatları öz doğma torpaqlarında erməni işğalı nəticəsində məhv olmuş insanların hekayələridir" deyə L. Zatter bildirib.  

Hüquq müdafiəçisi Andres Qomes bu cür dəhşətli qəddarlıq hadisəsi barədə xəbər tutmaq üçün Dağlıq Qarabağ kimi həll olunmamış münaqişələr barədə ictimaiyyəti məlumatlandırmağın vacibliyini qeyd edib.

Smilla Sahlquist isə filmi "Ürəyi yerindən oynadan – ürəyə toxunan sənədli film” adlandırıb: “Bu film insanın vicdanına təsir edir və  cavab tələb edir”.    

Qeyd edək ki, Madriddə Tenerife Beynəlxalq Film Festivalında film “Ən yaxşı sənədli film”, rejissor Aleksandras Brokas isə “Ən yaxşı sənədli film rejissoru” nominasiyası üzrə qalib elan edib. Həmçinin Milan Beynəlxalq Film Festivalında “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyasında mükafata layiq görülüb. Film ABŞ-da keçirilmiş “Accolade Qlobal Film Competition” müsabiqəsində də “Best of Show” mükafatına layiq görülüb.   Film, həmçinin, “Eurochannel” və Türkiyənin “TV24”, “CNN Türk” kanallarında nümayiş olunub.  

Filmin fasiləsi zamanı həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub.  

Kitabın redaktoru İan Peart kitabında qurbanların günahsızlığını yazıb, beynəlxalq ictimaiyyəti faktlarla təmin edib: “Ümid edirəm ki, bu kitabı oxuyandan sonra insanlar özlərinə sual edəcəklər: “Kömək etmək üçün mən nə edə bilərəm?”.

Kitaba Xocalı hadisələrinin canlı şahidləri ilə müsahibələr, beynəlxalq mətbuatda dərc olunmuş materiallar, xarici tədqiqatçıların araşdırmaları, beynəlxalq təşkilatlardan hesabatlar və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir şəkillər daxildir.  

Qeyd edək ki, 106-sı qadın, 70-i qoca, 63-ü uşaq olmaqla 613 nəfər qətl edildiyi bu soyqırım Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin ən dəhşətli qəddarlıq nümunəsidir




Baxış sayı: 1 982
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30