Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan 525.az-a verilən məlumata görə, Baş Konsulluğa daxil olmuş bəyannamədə, qubernator Havay ştatının sakinləri adından Xocalı faciəsi ilə bağlı dərin kədərini ifadə edərək, amansız qəddarlığa məruz qalmış günahsız qətliam qurbanlarının anılmasının önəmini vurğulayır.
Sənəddə qeyd olunur ki, 1992-ci ilin 25-26 fevral tarixində baş vermiş Xocalı qətliamı zamanı 600 nəfərdən çox mülki insan qətlə yetirilib.
Qubernator bildirir ki, oxşar qəddarlıqların yenidən baş verməməsi üçün Xocalı qurbanlarını hörmətlə yad etmək vacibdir. Bəyannamənin sonunda qubernator D.İqe arzu edir ki, tarix bir daha belə bir faciənin şahidi olmasın.
Qeyd edək ki, bu bəyannamə ilə ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 19-a çatıb.
Baxış sayı: 2 256
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

