Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyannamədə, Xocalı qətliamı dəhşətli faciə kimi pislənilir.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan Modern.az-a verilən məlumata görə, bu bəyannamə, Nebraska ştatında Xocalı qətliamı ilə bağlı qəbul edilmiş ilk sənəddir.
Sənəddə 24 il əvvəl - 1992-ci ilin 26 fevralında Xocalı qətliamı zamanı 600-dən çox günahsız mülki əhalinin, o cümlədən böyük sayda uşaq, qadın və qocaların kütləvi şəkildə qətlə yetirildiyi bildirilir. “Human Rights Watch” təşkilatının bu qətliamı regionda baş vermiş ən böyük kütləvi qırğın adlandırdığı vurğulanaraq qeyd olunur ki, bu dəhşətli hadisə dünya xalqları arasında qarşılıqlı anlaşma, ünsiyyət və tolerantlığın nə qədər zəruri olduğunu göstərir.
Bəyanamə, eyni zamanda Nebraska ştatının dövlət katibi Con Qeyl (John Gale) tərəfindən də imzalanıb. Beləliklə, ABŞ-da Xocalı qətliamını tanıyan və pisləyən ştatların sayı 18-ə çatıb.
Baxış sayı: 1 952
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

