FACT-INFO.AZ » XƏBƏR » Arye Qut: “Nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər”
29-01-2016, 09:30 | XƏBƏR
Arye Qut: “Nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər”

Xəbər verdiyimiz kimi, bununla əlaqədar yanvarın 26-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə bu ali məktəbdə “Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin aparıcı məsləhətçisi Məhsəti Əliyeva, ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini ravvin Abraham Kuper, İsrailin Azərbaycandakı səfirinin müavini Amir Rom, Avropa Yəhudilərinin Bakı Dini İcmasının sədri Gennadi Zelmanoviç iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut “dəyirmi masa”da çıxış edib. O bildirib ki, Holokost yəhudi xalqının yaddaşından silinməyən dəhşətli faciədir. İsrailli ekspert deyib: “Bu, vəhşiləşmiş və azğınlaşmış faşist rejimi tərəfindən yəhudi xalqının alçaldılması, kütləvi surətdə məhv edilməsidir. Mən ilk dəfə bu barədə həmin qırğında bütün ailəsini və qohumlarını itirmiş babamdan eşitmişəm. O, sovet ordusu sıralarında Kiyevdən Berlinə qədər döyüş yolu keçib. Avropa yəhudilərinin faciəsi olan Holokost nəticəsində 6 milyon yəhudi məhv edilib. İkinci Dünya müharibəsinin sonunda nasistlər hətta ölüm düşərgələrinin izlərini yox ediblər, sovet ordusunun gəldiyi ərəfədə artıq basdırılmış insan qalıqlarının çıxarılması və ya məhv edilməsi haqqında şəhadətlər var”.

Arye Qutun sözlərinə görə, Yerusəlimdə “Yad va-Şem” Milli Memorial Faciə və Qəhrəmanlıq Muzeyində təxminən 4 milyon faciə qurbanının şəxsi sənədləri saxlanılır. O deyib: “Məlumatların yarımçıq olması onunla bağlıdır ki, yəhudi icmalarını çox vaxt tamamilə məhv edirdilər. Öldürülənlərin adlarını deyə biləcək qohum, tanış, dost qalmırdı. Müharibə insanları pərən-pərən salmışdı və sağ qalanlar yaxınları ilə görüşəcəklərinə ümid edərək onlar haqqında həyatlarını itirmiş kimi danışmaqdan çəkinirdilər. Qurbanlar sırasında nəyə görə məhz yəhudiləri göstərmək lazımdır - axı nasistlər bir çox xalqın nümayəndələrini də öldürüblər?! Bu barədə Nobel mükafatı laureatı, Osvensim nasist həbs düşərgəsinin dustağı Eli Vizel çox dəqiq deyib: “Qurbanların hamısı yəhudi deyildi, lakin bütün yəhudilər nasistlərin qurbanı olublar”.

Eli Vizelin “Gecə” – Osvensim haqqında yəhudi oğlanın xatirələri kitabından sitat gətirmək istəyirəm: “Bütün həyatımı silinməz möhürlə uzun bir gecəyə çevirən ilk düşərgə gecəsini heç vaxt unutmaram. Bu tüstünü heç vaxt unutmaram... Vücudları gözlərimin qabağında aydın səma altında tüstü burulğanına çevrilən uşaqların simasını heç vaxt unutmaram. İnamımı külə çevirən bu alovu heç vaxt unutmaram. Mənim iradəmi qıran bu gecənin sakitliyini heç vaxt unutmaram. Hətta əbədi yaşamağa məhkum olsam belə, bunu unutmaram”.

İsrail eksperti qeyd edib ki, yəhudilərin kütləvi qırğını Almaniya bürokratiyası tərəfindən “yəhudi məsələsinin birdəfəlik həlli” şifrələnmişdi. Avropa yəhudiləri gettoda, həbs düşərgələrində, “ölüm marşı” zamanı və kütləvi güllələnmə nəticəsində qırılırdılar.

Arye Qut deyib: “Nə üçün minlərlə insanın kütləvi qırğını və öldürülməsi XX əsrin sonu və XXI əsrin əvvəlində bütün problemləri özünə çəkərək toqquşmaların, o cümlədən dini, mənəvi, siyasi qarşıdurmaların əsasında durur? Holokost mənim xalqımın faciəsidir, uzun müddət yasaq mövzu olmuş faciədir. Məhz buna görə də azərbaycanlılara qarşı törədilmiş qanlı Xocalı soyqırımı da mənim şəxsi ağrım və şəxsi faciəmdir. Elə coğrafi adlar var ki, xəritədəki nöqtədən olduqca böyük məna kəsb edir. Bu, qəddarlığın və vəhşiliyin rəmzinə çevrilən Babiy Yar, Liditsa, Oradur, Xatın, Sonqmi kimi kənd və şəhərlərdir. Keçən əsrin 90-cı illərinin sonunda bu siyahıya Azərbaycanın Xocalı şəhəri də əlavə edildi. Bu faciə bütün bəşəriyyətə qarşı törədilən cinayətdir. Artıq bu bir tarixi faktdır ki, erməni silahlı qüvvələri və dəstələri şəhəri və onun ətrafını tərk etməyə macal tapmayan heç bir Xocalı sakininə aman verməyiblər. Erməni silahlı birləşmələrinin vəhşiliyi nəticəsində 613 nəfər öldürülüb, 487 nəfər əlil olub, 1275 dinc sakin, o cümlədən qocalar, uşaqlar, qadınlar əsir götürülüb, görünməmiş əzablara, təhqirlərə və alçaltmalara məruz qalıblar. Xocalı şəhərinin mülki əhalisinin qəsdən, kütləvi məhv edilməsinin yeganə səbəbi bu idi ki, onların hamısı azərbaycanlılar idi. Mənə deyin görək, XXI əsrin erməni faşistləri XX əsrin 40-cı illərinin alman faşistlərindən nə ilə fərqlənir?

Günahsız uşaqlara, qadınlara və qocalara qarşı törədilən bu vəhşiliyi heç nə ilə izah etmək olmaz. Dünya bilməlidir ki, cinayət təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Bu faktdır ki, Ermənistanda Dro və Njdeyə böyük pərəstiş yaranıb. Onların şərəfinə xatirə sikkələri zərb edilir, bədii və sənədli filmlər çəkilir, Ermənistan paytaxtında isə Qaregin Njdenin adını daşıyan meydan var. Qeyd edək ki, pərəstiş hər hansı kənar siyasi qruplaşmaların qüvvəsi ilə həyata keçirilmir, bunun arxasında dövlət durur. İş o yerə çatıb ki, Ermənistanda KTMT Akademiyası yaradıldıqdan sonra Ermənistan Müdafiə Nazirliyinin Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İnstitutu yeni qurumla əməkdaşlıq etmək istədiyini bildirib. Düşünürəm, Ermənistan Müdafiə Nazirliyi yanında Milli Strateji Tədqiqatlar İnstitutuna 30 mindən çox yəhudini qırmış bir faşistin və antisemitin adının verilməsi artıq son həddir”.

Arye Qut sonda deyib: “Bu gün biz Holokost qurbanlarının xatirəsini ananda, nasizmi məğlub edən müttəfiq dövlətləri və həyatı bahasına başqalarını xilas edən insanları da xatırlayırıq. Biz antisemitizmin dirçəlişi hallarına ötəri yanaşmamalı və onun yeni formalarına qarşı fəaliyyət göstərməyə hazır olmalıyıq. Bu öhdəliyi biz təkcə yəhudi xalqı deyil, oxşar taleyi yaşamaq təhlükəsi ilə üzləşən digər xalqların qarşısında da daşıyırıq. Bu gün dünya ictimaiyyəti Holokostu xatırlayır, lakin ən dəhşətli hadisələr digər ölkələrə tolerantlıq dərsi keçən, özündə isə antisemitizmin və ksenofobiyanın tüğyan etdiyi Avropada törədilir. Bəzi ölkələrdə isə Holokost haqqında karikatura müsabiqələri keçirilir. Təəssüf ki, onların hər birinin nifrət və siyasi mənafe ilə dolu öz aləmi var. Lakin biz bu gün burada – müstəqil və dünyəvi dövlət olan, multikulturalizmin hər kəsin həyat tərzi olduğu Azərbaycanda, Bakı Slavyan Universitetində bu zalım dünyaya bir daha sübut edirik ki, Avropa yəhudiliyinin kədəri və faciəsi təkcə yəhudi xalqının kədəri deyil, həm də Azərbaycan xalqının kədəridir. Çünki yəhudilər Azərbaycan ərazisində bu gün deyil, qədim zamanlardan yaşayır və özlərini heç vaxt əcnəbi kimi hiss etməyiblər, onlara burada yad münasibət bəslənməyib. Qürur hissi ilə demək istəyirəm ki, Avropanın sivilizasiyalı adlandırılan bir çox ölkə və xalqlarından fərqli olaraq nə azərbaycanlılar yəhudilərə, nə də yəhudilər azərbaycanlılara heç vaxt xəyanət etməyiblər”.

 

 




Baxış sayı: 2 030
“Millət fədaisi: Y.V.Çəmənzəminli irsinin izində” kitabının təqdimatı olub Bu gün, 15:30 Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb Bu gün, 15:30 6 ayda azad olunmuş ərazilərə ayrılan vəsaitin həcmi açıqlanıb Bu gün, 12:00 Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi- VİDEO Bu gün, 09:30 Malta Prezidenti Xocalı soyqırımına həsr olunmuş Reza Deqatinin fotosərgisini ziyarət edib Bu gün, 09:30 Böyük Britaniya “Stone Cloak” sisteminin texnologiyasını Ukraynaya verəcək Bu gün, 09:00 ABŞ İsrail qoşunlarının Qəzza, Suriya və Livandan çıxarılmasında israrlıdır Bu gün, 09:00 Bəyaz Aslanın Qələbə Salnaməsi Dünən, 20:30 Ruhun Bayraqla Yüksəlişi Dünən, 19:30 ABŞ–İran müharibəsi aylarla davam edə bilər Dünən, 09:30 Beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə müzakirələr aparlılb Dünən, 08:30 BMT: Hörmüz boğazında 6 minə yaxın dənizçi təxliyə gözləyir 25-07-2026, 15:30 Səfir: Süni intellekt sahəsində Çin-Azərbaycan əməkdaşlığı böyük potensiala malikdir 25-07-2026, 14:30 "ABŞ Konqresinin düzəlişi Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə bilər" - TÜRKPA 25-07-2026, 12:00 ABŞ konqresmenləri erməni lobbi qruplarının təsiri altında qərarlar qəbul etmək praktikasından əl çəkməlidirlər 24-07-2026, 17:30 “Kapitan və Xəzər dənizi” sənədli filmi beynəlxalq festivalda 24-07-2026, 17:30 Şuşada IV Beynəlxalq Elmi Araşdırmalar Konqresi təşkil edilib 24-07-2026, 14:30 “Qərbi Azərbaycana həsr olunan növbəti televiziya verilişi uğurla davam etdi” Əkrəm Bəydəmirli 24-07-2026, 11:00 Cəbrayıl, Ağdərə və Xocalıya köç karvanı yola salınıb 24-07-2026, 10:30 Bu bölgədə zəlzələ qeydə alınıb 24-07-2026, 09:00 Dövlətçiliyə, elmə və el-obaya həsr olunmuş ömür yolu 24-07-2026, 09:00 Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb 23-07-2026, 21:00 Gürcüstan Azərbaycan ilə əlaqələri daha dərindən inkişaf etdirmək istəyir 23-07-2026, 17:30 Georgian PM: We want to develop relations with Azerbaijan even further 23-07-2026, 17:30 Şuşada yaradılan “Kitab dayanacağı” sakinlərin və qonaqların marağına səbəb olub 23-07-2026, 16:30 Поэзия Хуршидбану Натаван и литературная среда «Меджлиси-унс» 23-07-2026, 14:30 "Böyük amallar və arzular şairi" kitabı işıq üzü görüb 23-07-2026, 11:00 Tarif Şurasının bəzi dərmanlarla bağlı qərarı 23-07-2026, 10:00 D vitamini almaq üçün nə qədər günəş altında qalaq? 23-07-2026, 10:00 Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib 23-07-2026, 09:30
Köşə yazarları
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031