Özbək dilində yayılan məqalədə münaqişənin yaranma tarixi haqqında məlumat verilir, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi diqqətə çatdırılır. Münaqişənin dinc yolla həlli istiqamətində danışıqların davam etdirildiyi bildirilir. ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə ötən il dekabrın 19-da Berndə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirildiyi xatırlanır.
Müəllif Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz və dərhal geri çəkilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən dörd qətnamə qəbul olunduğunu, lakin bu sənədlərə Ermənistanın məhəl qoymadığını vurğulayır. Məqalədə ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində fəaliyyətinin indiyədək heç bir nəticə vermədiyi qeyd edilir. (Azərtac)
Baxış sayı: 1 954
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

