FACT-INFO.AZ » AKTUAL » Nuru Bayramov: “Müasir dövrün çox ciddi epidemiyası ortalığa çıxıb”
6-04-2019, 17:15 | AKTUAL
Nuru Bayramov: “Müasir dövrün çox ciddi epidemiyası ortalığa çıxıb”

-Bu gün dünyada bir sıra xəstəliklər o cümlədən qaraciyər xəstəlikləri artmaqdadır. Bunun səbəbi nədir.?

-Əvvəllər bu xəstəliyə az rast gəlinirdi. Bu gün isə qaraciyər xəstəlikləri xeyli artıb. Hazırda dünyada insanların müayinəsi zamanı onların 30-40 faizində bu xəstəliklərə rast gəlmək mümkündür. Bunun ciddi səbəbləri var. Müasir dövrün çox ciddi epidemiyası ortalığa çıxıb. Bu da piylənmə xəstəliyidir. İnkişaf etmiş ölkələrdə ortalama insanların 30 faizində piylənmə xəstəliyi var. Piylənmə xəstələrinin 60 faizində qaraciyər xəstəliyi müşahidə olunur. Bəzən piylənmə olmayan insanlarda da qaraciyər xəstəliyinə rast gəlmək olur. Bəs, piylənmənin səbəbi nədir? Bu xəstəliyin səbəblərindən biri az hərəkətlilikdir. İnsanlar daha çox oturaq işə meyllidirlər.Yeni texnologiyaların meydana gəlməsi, tətbiqi bir tərəfdən yaxşıdır. Digər tərəfdən insanın fiziki aktivliyini azaldır. Az hərəkətlilik isə birbaşa piylənməyə təsir edən ciddi faktorlardan biridir. Xüsusilə, oturaq işlə məşğul olmaq, uzun müddət kompüter arxasında əyləşib çalışmaq, az hərəkət etmək, qəbul edilən qidaların belə demək mümkündürsə xərclənməməsi ciddi fəsadlar yaradır

-Qidalanma və ekoloji faktor qaraciyər xəstəliklərinin artmasına necə təsir edi?

- Qaraciyər xəstəliyində piylənmə birinci səbəblərdən biridir. Təbii ki, digər əsas səbəblər sırasında qida faktoru əsas yerlər sırasındadır. Az və çox dərəcəsindən asılı olmayaraq bütün qidaların tərkibində sintetik maddələr var. Təbii qida saydığımız ərzaqların tərkibində də azda olsa sintetik elementlər var. Geni dəyişdirilmiş məhsullar, müxtəlif qatqılar əlavə olunmuş qidalar üstünlük təşkil edir. Bəzi ərzaq növlərinin saxlanma müddətini uzatmaq üçün əlavə edilən konservatlar var. Bundan əlavə qidalar sintetik paketlərə qoyulur. Belə qidalar birbaşa qaraciyər xəstəliklərinin yaranmasına təsir edir.

-İnsan orqanizmində təmizləyici funksiya daşıyan qaraciyər yüklənir və belə demək mümkünsə öz vəzifəsini icra edə bilmir?

-Bəli, qaraciyər orqanizmin ana filtiri sayılır. Kimyəvi, zəhərli maddələrdən, hətta mikroblardan orqanizmi təmizləyir. Həddindən artıq yüklənən qaraciyər öz funksiyasının tam yerinə yetirə bilmir. Toksik maddələr insanın orqanizmini zədələyir. Qara ciyər xəstəliklərində üçüncü səbəb ekologiyadır. Havanın çirklənməsi, radiasiyanın olması bu xəstəliyin artmasına təsir. Bu gün onu tam müəyyənləşdirmək olmur radiasiya qaraciyərə nə dərəcədə neqativ təsir göstərir. Radiasiya ilə bağlı az saylı tədqiqatlar var. Amma havanın çirklənməsi qaraciyərə çox mənfi təsir edən səbəblərdən biridir. Bax bu üç səbəb qaraciyər xəsliklərinin yaranmasına və dərinləşməsinə gətirib çıxarır. Təbii ki. digər səbəblər də var. Ancaq bu, üç əsas səbəb qaraciyəri daha çox zədələyir.

-Genetik faktorun burada rolu varmı?

-Bütün xəstəliklərdə genetik faktor rol oynayır. -Bu xəstəliklərin Azərbaycanda müalicəsi necə aparılır?

-Təbii ki, effektiv müalicə üsulları var. Bütün dünyada bu xəstəliyi müalicə etmək üçün ciddi iş aparılır. Son illər dünyada piylənmənin müalicəsi istiqamətində xeyli irəliləyişlər var. Sadə müalicənin əsasını o təşkil edir ki, az yeyib çox gəzmək. Əvvəllər insanlara biz bunu tövsiyə kimi deyirdik. Bu gün az yeyib, çox gəzmək artıq müalicə üsuludur. Fiziki aktivliyin artırılması, düzgün qidalanma bu xəstəliyin müalicəsində yüksək fayda verir. Düzgün qidalanma deyəndə tərkibində sintetik elementlər çox az olan qida növlərinə, tərəvəzlərə önəm verilməsini tövsiyə edirik. Xəstələrimizin müəyyən faizini dərmanlarla müalicə edirik. Fiziki aktivliyin artırılması, düzgün qidalanma və dərmanlarla müalicə effekt verməyəndə cərrahi müdaxiləyə məcbur oluruq.

-Azərbaycanda bu xəstəliklərin tam müalicəsi üçün yetərincə, şərait və kadrlar varmı?

- Tibb elmi elə bir sahədir ki, inteqrasiyasız inkişaf edə bilməz. Bu baxımdan dünyada tibb sahəsində olan yeniliklərin Azərbaycanda tətbiqi hər zaman zəruri olub. Azərbaycan Tibb Universitetində rezidentura sisteminə keçid müsbət haldır. Bundan əlavə təhsilin keyfiyyətini qaldırmaq üçün təhsil ocaqlarının texniki-təhcizat sisteminin zənginləşib. Bu faktorlar kadrların yetişməsinə təsir edir. Dünyanın tanınmış tibb mərkəzlərinin təşkil etdiyi elmi simpoziumlarda iştirak etmək, fikir mübadiləsi aparmaq çox faydalı olur. Bizim gənc karlarımızın peşəkar yetişməsi üçün geniş imkanlar var. Həmçinin geniş xarici əməkdaşlıqla bərabər ixtisaslaşmış peşəkar tibb saytlarının elekton bazaları mövcuddur. Bu mənbələr gənc mütəxəssislərimiz üçün mühüm mənbədir.

-İnsanlar müalicə məqsədi bəzən xaricə üz tuturlar. Azərbaycanda həmin şəxslərin müalicəsini təmin etmək mümdürmü?

- Bir çox insanlar xaricə dəb üçün gedirlər. Ad olsun filankəs xaricə müayinə və müalicə üçün getdi. Ancaq mən onu deyə bilərəm ki, Azərbaycanda bu gün səhiyyənin bütün sahələrini əhatə edən peşəkar kadrlar yetişib. Ən müasir tibb avadanlıqları var. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda əksər xəstəlikləri müalicə etməyə geniş imkanlar var. Xaricdə təhsil alan və təcrübə keçən mütəxəsislərimiz klinikalarımızda çalışır. Ona görə də çox az xəstəliklərə görə, xaricə müalicəyə getmək olar.Yalnız çox az hallarda xəstədə diaqnoz qoymaqda çətinlik çəkəndə biz həmin xəstəyə xaricdə müalicə almağı tovsiyə edirik. Ümumilikdə götürəndə bizim kadr potensialımız yetərlidir.

Toğrul

Fact-info.az




Baxış sayı: 2 346
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30