FACT-INFO.AZ » XƏBƏR » "BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlanır"
17-12-2015, 12:05 | XƏBƏR
"BQXK Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlanır"

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşlərdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev də iştirak edib.

Əli Həsənovun Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer ilə görüşündə ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə edilib və əlaqələrin inkişaf perspektivləri barədə müzakirələr aparılıb. Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı təcrübəsi, xüsusilə dünyanın müxtəlif ölkələrindəki humanitar layihələrdə iştirakı təqdir olunub. Ölkəmizin bu sahədə zəngin təcrübəsi nəzərə alınaraq BQXK və Azərbaycan arasında əməkdaşlığın yeni istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Dünyanın müxtəlif böhran bölgələrində BQXK ilə birgə layihələrin həyata keçirilməsi üçün hökumətə müraciət olunması təklif edilib. Görüşdə həmçinin BQXK və onun tərəfdaşlarının əvvəllər olduğu kimi, əlavə dəyər vergisindən azad edilməsi və hökumət tərəfindən bu təşkilatın fəaliyyətinə maliyyə dəstəyinin artırılması məsələləri qaldırılıb.

Baş nazirin müavini görüşdə Azərbaycandakı mövcud sosial-iqtisadi inkişafdan bəhs edib, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyini söyləyib, xüsusilə Azərbaycan Prezidenti tərəfindən 2020-ci ilədək müəyyənləşdirilmiş strateji istiqamətlər barədə məlumat verib.

Əli Həsənov bu gün Azərbaycanda tolerant mühitin hökm sürdüyünü, müxtəlif dinlərə etiqad edən şəxslərin sərbəst şəkildə öz dini məbədlərində ibadət edə bildiyini, paytaxt Bakıda hətta erməni kilsəsinin olduğunu, monoetnik Ermənistanda isə məscidlərin dağıdıldığını qeyd edib. O, 9,6 milyondan artıq əhalisi olan Azərbaycanda 1,2 milyon qaçqın və məcburi köçkünün yaşadığını diqqətə çatdıraraq, Azərbaycan dövləti və hökumətinin bu sahədə gördüyü işlərdən danışıb.

Görüşdə müharibə şəraitində olan Azərbaycanda Beynəlxalq Qırmızı Xaç Komitəsinin rolunun mühüm önəm kəsb etdiyi və bu xüsusda təşkilatın Bakı ofisinin fəaliyyətinin təqdirəlayiq olduğu qeyd edilib. Həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı məsələyə toxunulub. Baş nazirin müavini hərbi münaqişədən əziyyət çəkən və torpaqları işğal altında olan Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı vəziyyət barədə məlumat verib, o cümlədən bu beynəlxalq təşkilatın əsir və girovların saxlanma şəraitinin yaxşılaşdırılması, onların ailələri ilə ünsiyyət qurmasının təmin edilməsi istiqamətində böyük töhfə verə biləcəyini qeyd edib.

Baş nazirin müavini Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə BQXK-nın prezidentindən erməni əsirliyində olan girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin müasir kommunikasiya imkanlarından istifadə edilməklə öz ailə üzvləri ilə birbaşa təmas qura bilməsi üçün kömək göstərilməsini xahiş edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti P.Maurer təmsil etdiyi təşkilatın erməni əsirliyində olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə mütəmadi maraqlandığını və onların saxlanma şəraitinin yaxşılaşdırılması üçün səylər göstərildiyini deyib. O, Azərbaycanın qaçqın və köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirib və ölkəmizin BQXK-nın fəaliyyətinə verdiyi güclü dəstəyə görə minnətdarlıq edib.

Görüşün sonunda baş nazirin müavini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidentini Azərbaycana səfərə dəvət edib.

Baş nazirin müavini Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyətinin daha bir görüşü Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Cenevrədə yerləşən mənzil-qərargahında bu təşkilatın baş direktoru Uilyam Leysi Svinq ilə keçirilib.

Görüşdə BMqT və Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilib.

Əli Həsənov ölkəmizin miqrasiya sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb və miqrasiya proseslərini tənzimləmək məqsədilə yaradılmış Dövlət Miqrasiya Xidmətinin fəaliyyətini qeyd edib. O, Azərbaycanın üzləşdiyi qaçqın problemi, BMT və digər təşkilatların müvafiq qətnamələrinin hələ də icra olunmaması, Azərbaycan torpaqlarının işğalı məsələsini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün 550 milyon nəfər əhalisi olan Avropa ölkələri 600-700 min qaçqın problemi qarşısında aciz qalıb. Lakin 9,6 milyon nəfər əhalisi olan Azərbaycan ölkə rəhbərliyinin düzgün və humanist siyasəti nəticəsində onilliklərdən bəri 1,2 milyon qaçqın və məcburi köçkünlə bağlı problemlərin öhdəsindən gəlir.

Əli Həsənov BMT-nin Bakıdakı ofisinin fəaliyyətini yüksək qiymətləndirərək, ölkəmizin bu təşkilat ilə əməkdaşlığın gücləndirilməsi kontekstində yeni layihələrə açıq olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini Azərbaycanın sürətli inkişafı səbəbindən ölkəmizin miqrantlar üçün təyinat ölkəsinə çevrildiyini və miqrant axınının getdikcə artmasına baxmayaraq, hazırda ölkəmiz tərəfindən bu proseslərin lazımınca tənzimləndiyini bildirib. Qeyd edib ki, bununla yanaşı, gələcəkdə miqrant axınının güclənmə ehtimalını nəzərə alaraq, BMqT ilə əməkdaşlığı inkişaf etdirməyə ehtiyac duyulur.

Uilyam Leysi Svinq bu il sentyabrın 2-3-də Azərbaycana səfərini və Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini məmnunluqla xatırladıb, dövlətimizin başçısına səmimi salamlarını çatdırmağı xahiş edib. O, ölkəmizdə miqrasiya sahəsində aparılan tənzimləyici işləri, Miqrasiya Xidmətinin yaradılmasını, bu sahədəki fəaliyyəti alqışlayıb. Baş direktor Azərbaycan Prezidentinin birbaşa qayğısı ilə qaçqın və məcburi köçkünlər üçün yaradılmış şəraiti yüksək qiymətləndirib, buna görə ölkə rəhbərliyinə təşəkkür edib. O, ümidvar olduğunu bildirib ki, ölkəmizə səfəri beynəlxalq qurumla Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfələr verəcək. Uilyam Leysi Svinq Azərbaycanın bir çox ölkələrin əldə edə bilmədiyi uğura imza ataraq miqrasiya sahəsində vahid sistem yaratmağa nail olduğunu və bununla da ölkəmizin bir sıra dövlətlərə nümunə olduğunu qeyd edib. Baş direktor həmçinin BMqT və ölkəmizin müvafiq dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu xüsusda təşkilat ilə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) arasında əməkdaşlıq həyata keçirilməsini təklif edib.  Azərbaycanın Cenevrədəki daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Emil Həsənov və nümayəndəliyin əməkdaşları görüşlərdə iştirak ediblər.

 

 




Baxış sayı: 2 053
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30