Xocalı rayon İcra Hakimiyyətinin 2018-ci ilin yekunlarına həsr edilən hesabat yığıncağı keçirildi.Tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər. Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov açdı. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəqiqəlik.sükutla yad edildi. Ş. Usubov ötən il rayonun ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən danışdı.
Məruzə ətrafında çıxış edən rayon Maliyyə İdarəsinin müdiri İlqar Əliyev, rayon Məşğulluq İdarəsinin direktoru Nicat Ələsgərov, Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin Xocalı rayonu üzrə nümayəndəsi Ruslan Bəşirov, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "İnkişaf" İnternet Televiziyasının baş redaktoru,"Tərəqqi" medalının mükafatçısı Şamil Sabiroğlu Azərbaycan həqiqətlərinin,o cümlədən də Xocalı soyqırımının tanınmasında Dövlət Başçısı cənab İlham Əliyevin, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin,Heydər Əliyev Fondunun Birinci vitse-prezidenti Leyla Əliyevanın müstəsna xidmətlərindən danışdılar.
Milli Məclisin deputatı Elman Məmmədov hamını dövlət başçısının ətrafında birliyə çağırdı. Prezident Administrasiyının məsul əməkdaşı Ağəli Əhmədov Xocalı rayon İcra hakimiyəti başçısının çıxışındakı tezislərdən danışdı. Ağəli müəllim Xocalı soyqırımının tanınması, düşmən tapdağında olan torpaqların azad edilməsi üçün hamını birliyə çağırdı. Yığıncaq iştirakçılarıları adından cənab İlham Əliyevə müraciət qəbul edildi.
Şamilə Şamilqızı
Goranboy rayonu,Yuxarı Ağcakənd qəsəbəsi
Baxış sayı: 1 282
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

