Yazıda Ermənistan ordusunun rus əsgərləri ilə birlikdə 1992-ci il 25-26 fevral tarixlərində Xocalıda törətdikləri vəhşiliklərdən bəhs edilib. Xocalıda vəhşiliklə qətlə yetirilən, itkin düşən, əsir götürülən və yaralanan soydaşlarımızla bağlı statistik rəqəmlər göstərilməklə yanaşı, öz kitabını qardaşı və terrorçu Monte Melkonyana həsr etmiş Markar Melkonyan adlı erməni müəllifinin dəhşətli etirafları da yer alıb.
Yazıda həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirdiyi, işğal etdiyi ərazilərdən çıxmadığı, əksinə hər gün atəşkəs rejimini pozduğu və hətta mülki azərbaycanlıları güllələdiyi də göstərilib.
Qeyd olunub ki, hər il bütün dünya azərbaycanlıları bu qırğını anır və 27 il əvvəlki dəhşətli gecədə baş verənlər barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir. "Xocalıya ədalət!" Beynəlxalq kampaniyası səviyyəsində dünya ictimaiyyəti Xocalıda törədilən erməni vəhşilikləri ilə tanış olur. Vurğulanır ki, Ermənistan tərəfindən törədilmiş Xocalı hadisələri və digər cinayətlər bəşəriyyətə qarşı cinayət kimi hesab edilməlidir və bu cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən siyasi və hüquqi qiymət almalıdır. BMT Təhlükəsizlik Şurasının işğal olunan Azərbaycan ərazilərindən Ermənistan Silahlı dəstələrin çıxarılması ilə bağlı qəbul etdiyi 4 qətnamənin yerinə yetirilməməsi, eyni zamanda Qərb və bir neçə beynəlxalq təşkilatların ermənilərin işğalçılıq siyasətinə göz yumması da azərbaycanlı jurnalistin yazısında qeyd edilib.
Yazı ilə aşağıdakı link vasitəsilə tanış olmaq olar: http://www.riverflash.it/wordpress/per-non-dimenticare-il-massacro-di-khojaly-nella-notte-tra-il-25-e-il-26-febbraio-1992/
Baxış sayı: 1 412
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

