Məqalədə qeyd olunur ki, Azərbaycan Respublikasının Belçika Krallığındakı səfiri Fuad İsgəndərov sərgi iştirakçılarına 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törədilmiş qanlı hadisələr, bu hadisələrin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat verib. Ham şəhərinin meri Dirk de Vis də çıxış edərək, bu faciənin hər il anılmasının önəmindən bəhs edib və bu qanlı yaddaşın gənc nəslin nümayəndələrinə çatdırılmasının əhəmiyyətini vurğulayıb.
Məqalədə, həmçinin ölkəmizin Ham şəhəri ilə dostluq münasibətlərinin qurulmasında və möhkəmləndirilməsində yaxından iştirak edən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin rəhbəri Ayxan Dəmirçinin rolundan bəhs olunur.
Qeyd edək ki, ölkəmizin Belçikadakı səfirliyi, Azərbaycan-Belçika Dostluq Cəmiyyəti və Ham Bələdiyyəsinin sıx əməkdaşlığı və birgə təşkilatçılığı ilə müntəzəm olaraq tədbirlər keçirilir. Belə ki, 2017-ci il martın 25-də Ham şəhərində “Qarabağ atı” abidəsinin açılışı olub. Bununla yanaşı, hər il mart ayında Ham şəhərində ənənəvi Novruz şənlikləri keçirilir.
Baxış sayı: 1 396
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

