FACT-INFO.AZ » XƏBƏR » Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anıldı
22-01-2019, 09:20 | XƏBƏR
Avstriyada 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

Vyanada fəaliyyət göstərən “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinin qərargahında 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Ölkəmizin Avstriyadakı səfirliyi ilə birgə təşkil olunan tədbirdə Azərbaycan və türk diasporlarının fəalları, yerli ictimaiyyətin nümayəndələri və tələbələr iştirak ediblər. Səfirlikdən verilən məlumatına görə, tədbirdə şəhidlərin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov çıxış edərək 29 il bundan öncə baş vermiş Qanlı 20 Yanvar hadisələrinin tarixi barədə danışıb.

Qeyd edib ki, son günlərini yaşamaqda olan kommunist rejimi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda azadlıq tələb edən dinc sakinlərin üzərinə yüksək döyüş hazırlığına malik ordu hissələrini yeritdi. Bakıdakı azadlıq mübarizəsini boğmağa çalışan və bu yolla digər üzv respublikalara da dərs keçmək niyyətində olan rəsmi Moskva, əslində, bu aksiya ilə əks nəticə əldə etdi. Bakıda silahsız insanları qətlə yetirən və yaralayan sovet rejimi Azərbaycan xalqının müstəqillik arzusunu nəinki boğa bildi, əksinə, bu arzu və istəyi daha da alovlandırdı. Azərbaycan xalqı ittifaqın digər respublikaları üçün örnək oldu, SSRİ-nin süqutu prosesi daha da sürətləndi.

Səfir bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli cinayətə qarşı etiraz səsini ilk olaraq ulu öndər Heydər Əliyev ucaltdı, ona qarşı tətbiq edilən məhdudiyyət və təzyiqlərə baxmayaraq, bu vəhşiliyi qətiyyətlə pislədi və onun başvermə səbəblərini açıqladı. Q.İsrafilov çıxışının yekununda qeyd edib ki, Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlının öz dədə-baba torpaqlarından qovulması, Ermənistanın Azərbaycana hərbi təcavüzü və milli azadlıq hərəkatı fonunda baş verən 20 Yanvar faciəsinə hüquqi qiymət verilməlidir.

Səfir Azərbaycan haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində göstərdiyi fəaliyyətdə “AZERİ-DER” Azərbaycan-Türk Mədəniyyət və İş Adamları Dərnəyinə uğurlar arzulayıb.

Dərnəyin sədri Yardım Günəş 20 Yanvar hadisələri ilə bağlı fikirlərini bölüşüb. Qeyd edib ki, qərb dünyasında Sovet İttifaqının qan tökülmədən dinc şəkildə süqut etməsi iddia olunsa da, əslində Bakıda törədilən 20 Yanvar faciəsi kommunist rejiminin ən son təcavüzkar əməllərindən biri kimi tarixə düşüb. Həmin hadisələr vaxtı Azərbaycandan kənarda yaşayan soydaşlarımızın keçirdiyi hisslərdən bəhs edən Y.Günəşin çıxışından sonra 20 Yanvar hadisələri ilə bağlı Türkiyə və digər ölkələrdə yaşayan soydaşlarımızın etiraz aksiyalarına dair tarixi videomateriallar nümayiş etdirilib. O, Azərbaycanın müstəqilliyə gedən yolunda dönüş nöqtəsi olan 20 Yanvarın xalqın yaddaşında əbədi yaşayacağını vurğulayıb. Sonra 20 Yanvar faciəsinə həsr olunmuş sənədli film nümayiş olunub. Sonda şəhidlərin ruhuna ehsan süfrəsi açılıb.

Qeyd edək ki, Azərbaycan səfirliyi Avstriya Mətbuat Agentliyi vasitəsilə Qanlı Yanvar hadisələri ilə bağlı bəyanat yayıb.




Baxış sayı: 1 184
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30