“Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycanın Şuşa şəhəri haqqında özbək dilində xüsusi bölmə istifadəyə verilib. Bölmədə Şuşa şəhərinin tarixi, qədim abidələri, şəhərin tanınmış şəxsiyyətləri, o cümlədən xanəndələri haqqında məlumat verilir. Qeyd olunur ki, Şuşa işğal olunana qədər bu şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili olub. Bu abidələrin əksəriyyəti ermənilər tərəfindən məhv edilib. Bildirilir ki, Şuşa şəhəri 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər tərəfdən işğal olunub. Bu gün öz torpaqlarından didərgin düşən şuşalılar Azərbaycanın müxtəlif rayonlarında məskunlaşıblar. Qeyd edək ki, layihə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya təminatı ilə həyata keçirilir.
Baxış sayı: 1 472
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

