FACT-INFO.AZ » XƏBƏR » İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda tədbir
14-12-2018, 09:25 | XƏBƏR
İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda tədbir

İnstitutdan verilən məlumata görə, Dəyirmi masada Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov, AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Azərbaycanın Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, Türkiyənin Nəcməddin Ərbakan adına Konya Universitetinin professoru Əhməd Taşkın, Kostomonlu Universitetinin dosenti Namiq Musalı iştirak ediblər.

Aİİ rektoru C.Məmmədov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətindən danışıb. Prezidentin sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor İnstitutun ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində fəal iştirak etdiyini vurğulayıb. Bildirilib ki, bu məqsədlə, Aİİ-də ardıcıl olaraq müxtəlif dəyirmi masalar, treninqlər, seminarlar, görüşlər təşkil edilir. Türkiyənin Nəcməddin Ərbakan adına Konya Universitetinin professoru Əhməd Taşkın sufiliyin VII-VIII əsrlərdə İslam təriqəti kimi yarandığını, İslam dininin inkişafı və yayılmasında xüsusi rol oynadığı qeyd edib. Bildirilib ki, sufi fəlsəfəsi dini təməl üzərində qurulsa da, mahiyyət etibarilə insanın mənəvi keyfiyyətlərini, əxlaqi dəyərlərini, təfəkkür tərzini təhlil etməkdə son dərəcə əhəmiyyətli rol oynamışdır.

AMEA Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu Azərbaycanın Orta əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli sufiliyin müsəlman cəmiyyətlərində yayıldığı kimi, Azərbaycanda da təşəkkül tapdığı, xalqın mədəniyyətində dərin iz buraxdığı barədə danışıb. Qeyd olunub ki, sufilik Azərbaycanda ədəbiyyat, fəlsəfə, memarlıq, musiqi, miniatür və başqa sahələrə nüfuz edərək müəyyən həyat tərzi formalaşdırıb. Aİİ-nin kafedra müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazov ölkəmizdə həyat tərzinə və dövlət siyasətinə çevrilmiş multikultural ənənələrin formalaşmasında sufi dünyagörüşünün özünəməxsus rolu olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, tolerantlıq və multikultural dəyərlərlə formalaşmış sufi fəlsəfi dünyagörüşünün daha geniş miqyasda araşdırılıb öyrənilməsinə ehtiyac vardır.

Kostomonlu Universitetinin dosenti Namiq Musalı VIII-XVIII əsr sufiləri haqqında geniş məlumatlar verib, onların yaradıcılığından nümunələr gətirib. Azərbaycanda mövcud olan sufi cərəyanları haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.




Baxış sayı: 1 383
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30