FACT-INFO.AZ » XƏBƏR » Azərbaycana ağır vaxtlarda rəhbərlik edən Heydər Əliyev xalqına sülh, iqtisadi və siyası müstəqillik qazandırıb
11-12-2018, 09:40 | XƏBƏR
Azərbaycana ağır vaxtlarda rəhbərlik edən Heydər Əliyev xalqına sülh, iqtisadi və siyası müstəqillik qazandırıb

Tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Ricvadze, Ali Sovetinin sədri Davit Qabaidze, nazirlər, Türkiyənin baş konsulu Mekbule Kocak, İranın baş konsulu Ahmad Badpa, SOCAR-Batumi, Kulevi QDT şirkətlərinin rəhbərləri və üzvləri, Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, M.F.Axundzadə adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin əməkdaşları iştirak ediblər. Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra, Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib. Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, vəfatının 15-ci ildönümündə xatirəsini dərin hörmətlə andığımız, adını xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazdıran Heydər Əliyev dahi şəxsiyyətlərdən biridir. Sağlığında millətin Ümummilli Lideri adını qazanmış böyük düha sahibi özündən sonra elə bir miras qoyub ki, neçə-neçə nəsillər ondan bəhrələnəcək.

Ulu Öndərin təməlini qoyduğu sülh strategiyası, səmimi və mehriban qonşuluq, qarşılıqlı faydalı və strateji tərəfdaşlıq, dostluq siyasəti bu gün onun göstərdiyi yolun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlətimizin başçısının gərgin fəaliyyətində onun ən yaxın silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır. P.İsmayılzadə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafına nəzər salıb, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini xüsusi qeyd edib.

Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Ricvadze çıxışında bildirib ki, Azərbaycan ilə Gürcüstan qonşu, dost və qardaş ölkələrdir. Hökumət başçısı deyib: “Bizim münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Mən əlaqələrimizin bu səviyyəyə çatmasında tarixi şəxsiyyətlərimizin, xüsusən də Heydər Əliyevin adını çəkməyə bilmərəm. Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biridi. Onun həyatı bir daha sübut edir ki, Heydər Əliyev ölkənin tarixində və inkişafında böyük əhəmiyyət kəsb edir. Ölkəyə ağır vaxtlarında başcılıq edərək ona yenidən sülh, iqtisadi və siyası müstəqillik qazandırıb”. Tornike Ricvadze bildirib ki, hazırda Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edən müasir ölkəyə çevrilib, eyni zamanda, öz çoxəsirlik ənənələrini qoruyub saxlayıb.

Mərasim əsnasında gürcü dilində xüsusi Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film və fotosərgi nümayiş etdirilib. Tədbirdə baş konsulluq tərəfindən Azərbaycanın milli ləziz mətbəxinin təamları təqdim olunub.




Baxış sayı: 1 360
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30