Azərbaycanın bu ölkədəki səfiri Tahir Tağızadə mərasimdə çıxış edərək ulu öndər Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli siyasi fəaliyyətindən danışıb. Diplomat deyib ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanı Azərbaycanda bütün sahələrdə dərin tənəzzül hökm sürürdü. Lakin buna baxmayaraq, dahi şəxsiyyət qısa müddətdə bu problemləri aradan qaldırdı. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizin dayanıqlı iqtisadi inkişaf təmin olundu, Azərbaycan dünya dövlətləri arasında layiqli yerini tutdu.
Səfir Tahir Tağızadə ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində son illər ölkəmizin qazandığı nailiyyətlərdən, Azərbaycanda keçirilən mötəbər tədbirlərdən danışıb. Tədbirdə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin, səfirliyin nəzdindəki hərbi attaşe aparatının əməkdaşları, Britaniyadakı Azərbaycan diasporunun üzvləri iştirak ediblər.(Azərtac)
Baxış sayı: 1 308
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

