Bildirilib ki, fiziki məhdudiyyətli insanlarla bağlı nazirlik tərəfindən aparılan işlərin bir istiqaməti də həmin insanların sağlamlıqlarının bərpasına yönəlib. Hazırda 45 nəfərin 10 gün müddətinə Naxçıvan MR-dəki müalicə müəssisələrinə yola salınması da bu məqsədlə görülən işlərdən biridir. Göndərilən şəxslərin xəstəliklərinə uyğun olaraq 19 nəfəri “Duzdağ” Fizioterapiya mərkəzində, 16 nəfəri Darıdağ Arsenli Su Müalicəxanasında müalicə kursu keçəcək. Qalan 10 nəfər isə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində müayinə olunaraq müalicə kursu keçəcəklər. Yola salınan əlilliyi olan şəxslər onların tibbi-sosial reabilitasiyası, sağlamlıqlarının bərpası üçün görülən işlərdən razı qaldıqlarını, səmərəli müalicə kursu keçmələri üçün yaradılan şəraitə görə minnətdarlıqlarını ifadə ediblər.
Baxış sayı: 1 267
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

