Fact-info.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini polkovnik-leytenant Elçin Kərəmov qonaqları və şəxsi heyəti salamlayaraq qeyd etdi ki, bu il yaranmasının 100 illiyini qeyd etdiyimiz Milli Ordumuz dövlətimizin dayağı, onun ərazi bütövlüyünün təminatçısıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurla davam etdirdiyi hərtərəfli düşünülmüş və əsaslandırılmış ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionumuzda ən qüdrətli hərbi gücə çevrilmişdir və mənfur düşmən tərəfindən işğal edilmiş torpaqlarımızı ən qısa müddətdə azad etmək iqtidarındadır. Qısamüddətli və qalibiyyətli aprel döyüşləri xalqımızın vətənpərvərlik ruhunu bir daha nümayiş etdirməklə yanaşı Ordumuzun yüksək döyüş bacarığı və qüdrətini də əyani şəkildə sübut etdi.
Sonra YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışıb. O qeyd edib ki, 1992-cil noyabrın 21-də ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası fəaliyyətdə olduğu müddətdə milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin başlıca təminatçısı qismində çıxış etmiş, ümummilli ideyaları özündə ehtiva edən səmərəli addımları ilə xalqın dərin inamını qazanmışdır.
Rəsmi hissə başa çatdıqdan sonra tədbir tanınmış müğənni Rüfət Axundov və digər incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam etdirildi. 7 yaşlı Nuray Rəhmanın vətənpərvərlik ruhunda səsləndirdiyi mahnılar hərbi hissənin əsgər və zabit heyəti tərəfindən böyük coşqu ilə qar
Toğrul
Fact-info.az
Baxış sayı: 1 454
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

