Məqalədə baş konsul bu yaxınlarda ABŞ-ın Pittsburq şəhərində yerləşən sinaqoqda törədilmiş qətliama toxunub, bu kimi cinayətlərin kökündə irqçilik, dini-etnik nifrət və dözümsüzlüyün dayandığını, belə mənfi meyillərin bütün insanlıq üçün təhlükəli olduğunu qeyd edib. N.Ağayev bu faciədən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayaraq, bütün Amerika xalqına və həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verdiyini bildirib.
Azərbaycanda yüksək tolerantlıq və multikulturalizm ənənələrinin mövcud olduğunu qeyd edən baş konsul məqalədə ölkəmizdə qədim dövrlərdən etibarən müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu vurğulayıb. Dünyanın müxtəlif bölgələrində öz dini-etnik kimliklərinə görə müsəlman və xristianların qətlə yetirildiklərini qeyd edən N.Ağayev Azərbaycanın da irqçiliyin acı nəticələrindən əziyyət çəkmiş ölkə olduğunu bildirib, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında, xüsusilə Xocalıda dinc insanların məhz azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirildiklərini diqqətə çatdırıb. Baş konsul, həmçinin ərazilərimizin işğalçı qüvvələrə qarşı müdafiəsində bir çox müsəlman və yəhudi azərbaycanlıların çiyin-çiyinə döyüşərək həlak oduqlarını xatırladıb.
Baxış sayı: 1 388
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

