FACT-INFO.AZ » XƏBƏR » Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir
19-10-2018, 09:10 | XƏBƏR
Rusiyalı tarixçi: Ermənistanda faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi aktuallığını itirmir

Məsələn, Bolqarıstanda erməni nasisti Qaregin Njdenin abidəsinin qoyulması qeyri-legitimdir və beynəlxalq hüquq prinsiplərini pozur. Rusiyanın dövlət arxivlərində saxlanılan sənədlərdən məlum olur ki, Bolqarıstan təbəəsi olan Q.Njde 1940-cı ildən Üçüncü Reyxin hərbi kəşfiyyat orqanları ilə əməkdaşlıq edib. Əminliklə deyə bilərik ki, o, 1944-cü ildən Bolqarıstanda və ona bitişik ərazilərdə - Makedoniyada, Frakiyanın Türkiyə və Yunanıstan ərazilərində siyasi vəziyyət barədə informasiyanın yeganə mənbəyi olub. Yəni Bolqarıstan vətəndaşı ola-ola, bu ölkəyə qarşı casusluq edib. Casusluq ən iyrənc dövləti cinayətdir və hərbi dövrün qanunları ilə sərt şəkildə cəzalandırılır. Q.Njde Sovet İttifaqında həbs olunub və 25 il təkadamlıq kamerada həbs cəzasına məhkum edilib. Bu onu göstərir ki, Q.Njde faşizm ideyası tərəfdarı kimi təqib olunub. Q.Njde bütün bəşəriyyətin düşmənidir.

AZƏRTAC xəbər verir ki, bunu rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov oktyabrın 18-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində “Ermənistan: İcazə verilmiş nasizm ölkəsi” mövzusuna həsr olunmuş mətbuat konfransında bəyan edib.

O.Kuznetsov deyib: “Ermənistanın milli qəhrəmanı Qaregin Njde dövləti cinayətkardır. Gəldiyimiz əsas qənaət budur ki, erməni millətçiləri hitlerçilərlə təkcə Sovet İttifaqına qarşı deyil, Avropanın digər ölkələrinə qarşı da əməkdaşlıq ediblər. Bolqarıstanın qəhrəmanı kimi təqdim edilən Q.Njdenin abidəsi qeyri-legitimdir, qeyri-qanunidir və müasir beynəlxalq hüququn bütün prinsiplərini pozur”. Rusiyalı politoloq, jurnalist Yevgeni Mixaylov qeyd edib ki, faşizmin qəhrəmanlıq kimi təqdim edilməsi problemi bu gün təkcə Ermənistanda aktual deyildir, MDB-nin digər ölkələrində, o cümlədən Rusiyada da belə cəhdlər baş verir.

Politoloq deyib: “Zənnimcə, Ermənistan Q.Njdeyə abidə qoymaqla, nasistləri qəhrəman kimi qələmə verməklə, terrorçuları Dağlıq Qarabağda toplamaqla dünyaya göstərir ki, diplomatiya ilə məşğul olmaqdansa, başqalarının torpaqlarını silah gücünə zəbt etmək lazımdır. Odur ki, öz iddialarını Ermənistana açıq bildirmək lazımdır. Yerevanda hakimiyyətə gələn siyasətçilər açıq-aydın nasizmin təbliğini dəstəkləyirlər. Ermənistanın rəhbərləri həmişə öz xalqına xəyanət ediblər. Erməni xalqı bunu başa düşməlidir. Ermənilər çəkic götürüb bu abidəni sındırmalı və belə addımlara görə dünya birliyi qarşısında üzr istəməlidirlər”. Onun sözlərinə görə, milli üstünlük oyunları oynamaq yolverilməzdir. Y.Mixaylov vurğulayıb: “Nasist Almaniyası tam iflasa uğrayaraq ömrünü başa vurdu. Əgər vəziyyət dəyişməsə, Ermənistan da öz yolunu bu şəkildə bitirə bilər”.

Mətbuat konfransı çərçivəsində rusiyalı jurnalist Yevgeni Mixaylovun “Tarixi müttəfiqlərin qəribə oyunları” filmi nümayiş etdirilib. Film Ermənistan-Rusiya münasibətlərinin Rusiya tərəfində getdikcə daha çox sual doğuran indiki vəziyyətinə həsr olunub. Filmdə rəsmi Moskvanın Qərb, ilk növbədə ABŞ tərəfindən daha böyük təzyiqlərlə üzləşəcəyi təqdirdə, Ermənistanın, habelə Rusiyanın erməni diasporunun özünü necə aparacağı barədə sual qaldırılır. Bundan əlavə, Yerevanın Azərbaycanın və Türkiyənin Rusiyanın düşmənləri olmasına Moskvanı inandırmaq cəhdlərindən də danışılır.

Filmin müəllifinin fikrincə, Q.Njdenin qəhrəman kimi qələmə verilməsi dünyada faşizmin təbliğinə qarşı mübarizə aparan Rusiyanın ünvanına siyasi təhqirdir. Rusiya telekanalları və KİV-ləri dəfələrlə qeyd ediblər ki, Ermənistanda hakimiyyətdə nasist simvolikası və ideologiyası elementlərindən istifadə edən millətçilər oturublar. Sonda Bakı Dövlət Universitetinin tarix fakültəsinin dekanı Azad Rzayev tarixi hadisələrin obyektiv təhlilinə görə rusiyalı tarixçiyə və jurnalistə təşəkkür edib. O. Kuznetsov bildirib ki, bu mövzuya dair növbəti monoqrafiya hazırlamağı planlaşdırır.




Baxış sayı: 1 342
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30