FACT-INFO.AZ » XƏBƏR » İsveçrədə “Qarabağ" adlı Azərbaycan məktəbi açılıb
8-10-2018, 08:15 | XƏBƏR
İsveçrədə “Qarabağ" adlı Azərbaycan məktəbi açılıb

Bern şəhərində fəaliyyət göstərən diaspor təşkilatlarımızın nümayəndələrinin ilk toplantısında onların fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin diaspor fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib.

Ölkəmizin İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova tədbirdə çıxış edərək Azərbaycan diasporunun fəaliyyətindəki cari durumu qiymətləndirib, qarşıda duran məqsədlərə nail olmaq üçün soydaşlarımızın mütəşəkkil fəaliyyət göstərmələrinin zəruriliyinə diqqət çəkib və həmvətənlərimizə gələcək fəaliyyətləri ilə bağlı tövsiyələrini verib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporumuzun inkişaf istiqamətləri, diaspor ilə əməkdaşlığın yeni keyfiyyət müstəvisinə daşınması yolunda atılan addımlar barədə danışıb. Qeyd edilib ki, Dövlət Komitəsinin əsas məqsədlərindən biri diaspor təşkilatları arasında əlaqələndirmə işini təşkil etməkdir. O, diaspor fəaliyyətinin daim ölkə rəhbərliyinin diqqətində olduğunu bildirərək, İsveçrədə fəaliyyət göstərən diaspor üzvlərini həmrəy olmağa çağırıb. Fuad Muradov deyib ki, diaspor məsələləri ilə bağlı strateji istiqamətlərin müəyyənləşdirilməsi dünya ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını dünyanın ən güclü diasporlarından birinə çevirəcək. O, diaspor işi ilə bağlı yeni yol xəritəsinin hazırlandığını bildirib, əsas məqsədin dünyadakı bütün azərbaycanlıların birləşdirilməsi olduğunu deyib. Toplantıda İsveçrədə yaşayan soydaşlarımızın daha sıx birləşməsi və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsi məqsədilə İsveçrə Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb. “Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi”nin rəhbəri Qasım Nəsirov Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Sonra diaspor hərəkatını xarakterizə edən “Vətən uzaqda deyil” adlı videoçarx nümayiş olunub.

Tədbirin sonunda “Qarabağ” Azərbaycan məktəbinin rəsmi açılış mərasimi olub. Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə layihəsi olan bu məktəb İsveçrədəki səfirliyimizin təşkilatçılığı ilə ərsəyə gəlib. İsveçrə dövlət təhsil sisteminə inteqrasiya olunmuş məktəbdə Azərbaycan dili, tarixi, milli rəqs və piano dərsləri peşəkar müəllimlər tərəfindən tədris olunacaq. Tədris ocağında isveçrəlilər və digər əcnəbilər də təhsil ala bilərlər. İsveçrədə yaşayan həmvətənlərimiz yaşadıqları ölkədə Azərbaycan məktəbinin açılmasından məmnunluqlarını ifadə ediblər.




Baxış sayı: 1 544
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30