FACT-INFO.AZ » XƏBƏR » "Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri" portalı təqdim edildi
5-10-2018, 08:30 | XƏBƏR
"Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri" portalı təqdim edildi

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək portalın yaradılmasının Azərbaycan hökumətinin UNESCO-nun "Qeyri-maddi mədəni irsin qorunmasına dair" Konvensiyasından irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində gördüyü işlərin nəticəsi olduğunu bildirib. UNESCO ilə ölkəmiz arasında sıx münasibətlərin formalaşmasında, əlaqələrin genişlənməsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolunu qeyd edən nazir Azərbaycanın artıq 11 nominasiyasının bu təşkilatın maddi və qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildiyini diqqətə çatdırıb.

Nazir elektron portalın əhəmiyyətindən danışaraq bildirib ki, reyestrin yaradılmasında məqsəd ölkəmizin qeyri-maddi mədəniyyət nümunələrini dövlət qeydiyyatına almaq, onları təbliğ etmək, ermənilər tərəfindən mənimsənilməsinin qarşısını almaq üçün lazımi informativ bazanı formalaşdırmaqdır. Dövlət Reyestrinin elektron portalı qeyri-maddi mədəni irs nümunələri, onların daşıyıcıları və təşkilatlar haqqında məlumatı, həmçinin, mədəniyyət sahəsində qəbul olunmuş milli və beynəlxalq sənədləri, qeyri-maddi irs sahəsindəki ən son yenilikləri, UNESCO siyahısındakı ölkəmizin mədəni irs nümunələrini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu münaqişəyə dair lazımi elmi ədəbiyyatı, foto və videomaterialları özündə ehtiva edir. Portalda, həmçinin, respublikamızın şəhər və rayonları, həmin bölgələrə məxsus qeyri-maddi irs nümunələri haqqında məlumatlar da öz əksini tapıb.

İctimaiyyətə təqdim olunan portalın yeni məlumatlarla zənginləşdirməyin vacibliyini qeyd edən nazir deyib: "Biz hansısa məlumatları vaxtında portala daxil etməyəndə, sonra onu sübut etmək xeyli çətinliklər hesabına başa gəlir. Ona görə də bu canlı orqanizmi yaşatmaq üçün bütün institutlar daim işləməli və portala yeni məlumatlar daxil etməlidirlər. Biz bütün axtarış sistemlərində istinadların bu portala edilməsinə nail olmalı, o cümlədən, dünyada ölkəmizin qeyri-maddi irsi haqqında etibarlı məlumatın buradan əldə olunmasına çalışmalıyıq".

Nazir diqqətə çatdırıb ki, reyestrin hazırlanmasında Mədəniyyət Nazirliyi ilə yanaşı, AMEA-nın Folklor, Arxeologiya və Etnoqrafiya, Memarlıq və İncəsənət institutları, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Milli Azərbaycan Tarixi Muzeyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Milli Kulinariya Mərkəzi, Dövlət Film Fondu, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası və digər təşkilatlar yaxından iştirak ediblər.

Sonra nazirliyin sektor müdiri Yaşar Hüseynli çıxışında portal haqqında məlumat verərək reyestrin məlumat bazası "Əsas səhifə", "Reyestr haqqında", "Reyestr", "Azərbaycan nümunələri UNESCO siyahılarında", "Ermənistanın təcavüzü", "Xəritə", "Xəbərlər", "Təkliflər" və "Əlaqə" bölmələrindən ibarət olduğunu söyləyib. Portalda ölkəmizin qeyri-maddi irs nümunələrinin diyarşünaslıq, folklor və sənətkarlıq olmaqla üç kateqoriyaya ayrıldığını bildirib.

Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı və Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov çıxış edərək ölkəmizin qeyri-maddi mədəni irs nümunələrinin təbliğində portalın əhəmiyyətini qeyd ediblər. Sonra portal iştirakçılara təqdim olunub və yeni internet resursunun imkanları izah edilib.




Baxış sayı: 1 460
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30