FACT-INFO.AZ » XƏBƏR » Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib
27-09-2018, 10:20 | XƏBƏR
Vatikanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənə ilə qeyd edilib

Qonaqlar əvvəlcə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr edilmiş foto və video materiallardan ibarət sərgi ilə tanış olublar. Birinci respublikanın təsisçilərinin görüşlərini, Müstəqillik Bəyannaməsini, iqtisadiyyatımızın şah damarı- neft sənayesinin inkişafını əks etdirən sərgi tədbir iştirakçılarının böyük marağına səbəb olub. İştirakçılara italyan dilində ölkəmizin tarixinə dair nəşrlər təqdim edilib. Müqəddəs Taxt-Tacın “Cancelleria” Sarayında təşkil olunmuş ziyafətdə ölkəmizin Fransa və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və onun qısa müddət ərzində əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan, quruculuq işlərindən söz açıb.

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin təsis edildiyini, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq, vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edib.

Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, ölkənin himninin, bayrağının və gerbinin təsis olunmasının Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin qadınlara səsvermə hüququnun verilməsi olduğunu vurğulayıb. Bildirilib ki, birinci respublikanın nailiyyətlərini izləyən böyük dövlətlərin nümayəndələri onun rəhbərlərini alqışlayıblar. 1919-cu ildə Britaniyanın Qafqaz üzrə ali komissarı Oliver Uoldrop deyib ki, Azərbaycan Zaqafqaziyanın digər etnik qrupları üçün ən yaxşı nümunədir.

Səfir əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayıb. O, müasir müstəqil Azərbaycanın iqtisadi inkişafı, sabitliyi və balanslaşdırılmış xarici siyasəti haqqında danışıb. Qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib, Bakı qitələri birləşdirən böyük layihələrə imza atıb.

2019-cu ilin yanvar ayında Müqəddəs Taxt-Tac ilə ölkəmiz arasındakı əlaqələrin 25 ilinin tamam olacağını bildirən R. Mustafayev bu müddət ərzində ikitərəfli əlaqələrin bütün sahələrdə yüksək səviyyəyə çatdığını və dinamik inkişaf etdiyini vurğulayıb. Qarşılıqlı hörmətə, fəal dialoqa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını diqqətə çatdırıb. Siyasi sahədə dövlət rəhbərlərinin qarşılıqlı səfərlərinin, xüsusilə də 2002-ci ildə Roma Papası II İohan Pavelin və 2016-cı ildə Papa Fransiskin ölkəmizə səfərləri, eləcə də Vatikanın xarici işlər naziri, arxiyepiskop Pol Riçard Qallaxerin bu il ölkəmizə səfəri çərçivəsində ikitərəfli və beynəlxalq münasibətlər sahəsində aktual məsələlərin müzakirə olunduğunu bildirib. Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tac arasında sıx əməkdaşlıqdan və bu birgə fəaliyyətin bəhrələrindən danışıb. Əməkdaşlıq çərçivəsində Vatikanın tarixi və mədəniyyətinin nadir rəmzlərinin bərpası, Müqəddəs Marçellinio və Pietro katakombaları, eləcə də Vatikan muzeyində Zevsin heykəlinin, Sikstin kapellasında divar şkaflarının bərpa edildiyini diqqətə çatdırıb.

Heydər Əliyev Fondu tərəfindən bərpa edilən, 2 min ildən artıq yaşı olan Müqəddəs Sebastian katakombalarının açılışından danışıb. Elmi sahədə Vatikan Mədəniyyət Şurasının və Apostol kitabxanasının dəstəyi ilə arxiv tədqiqatlarının aparıldığını, Orta əsrlər Azərbaycan mütəfəkkirləri Nizami, Füzuli və Nəsimi haqqında oxuculara məlum olmayan yeni məlumatların əldə edildiyini bildirib. Ölkəmizin Müqəddəs Taxt-Tacla çoxşaxəli əməkdaşlığını və dialoq yolunu davam etdirmək əzmində olduğunu vurğulayıb.

Müqəddəs Taxt-Tacın Mədəniyyət işləri üzrə şuranın sədri, kardinal Canfranko Ravazi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfərinə toxunaraq, iki dövlət arasında siyasi, mədəniyyətlərarası və dinlərarası dialoq sahələrində əlaqələrin yüksək səviyyəsindən söz açıb. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən mühüm layihələr haqqında ətraflı məlumat verib. Əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq, ölkəmizin xristian dini mədəni irs abidələrinin bərpasına dəstək verməsini dinlərarası dialoqun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ziyafət Xalq Artisti Ənvər Sadıqov və Əməkdar Artist Emil Əfrasiyabın rəhbərliyi ilə Azərbaycan incəsənət ustalarının ifasında milli musiqi proqramı ilə davam edib.

Tədbir çərçivəsində ziyafət və sərgi salonlarında böyük ekranda ölkəmizin mədəniyyətindən, təbiətindən, iqtisadi uğurlarından, ev sahibliyi etdiyi böyük beynəlxalq tədbirlərdən bəhs edən sənədli film nümayiş olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Sebastian kilsəsində bərpa edilmiş katakombalarla bağlı nəşrlər tədbir iştirakçılarına hədiyyə edilib. (Azərtac)




Baxış sayı: 1 510
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30