Misir Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifin və Sudan Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin rəhbərlik etdikləri nümayəndə heyətləri Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Bakıda keçirilmiş təntənəli iclasa qatılıblar. AZƏRTAC xəbər verir ki, tədbir həm Misir, həm də Sudanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Belə ki, bu ölkələrin mətbuatında Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə təşkil olunan tədbirin yüksək səviyyədə keçməsi, Azərbaycan xalqının qonaqpərvərliyi, ölkəmizin inkişafı, paytaxt Bakının təmiz və səliqəli küçələri, ətrafa xüsusi gözəllik verən mənzərələri, yaşıllıqları göz oxşayan parkları barədə danışılıb. Səfər zamanı Sudan Respublikasının parlament nümayəndə heyəti Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzində, həmçinin Azərbaycan Dillər Universitetində olublar. Nümayəndə heyətinin üzvləri “ASAN xidmət”də vətəndaşlara göstərilən hərtərəfli xidmətləri yüksək qiymətləndiriblər, Azərbaycan brendi sayılan bu təcrübənin gələcəkdə Sudanda tətbiqi üçün danışıqlara hazır olduqlarını bildiriblər. Həmçinin nümayəndə heyətləri başçılarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilməsinin yüksək diqqətin göstərici olduğu vurğulanıb.
Baxış sayı: 1 361
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

