Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə deputat burada, ölkənin paytaxtı Daşkənd şəhərində o, BMT-nin xətti ilə keçiriləcək “Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu” mövzusunda konfransda iştirak edəcək.
Tədbirdə Azay Quliyev ATƏT PA-nın Mərkəzi Asiya və Əfqanıstanla bağlı siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, region ölkələri arasında əməkdaşlığın və dialoqun gücləndirilməsi işində parlament diplomatiyasının rolu və perspektivi haqqında məruzə ilə çıxış edəcək.
Səfər çərçivəsində ATƏT PA ilə Özbəkistan arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək üçün parlamentin rəhbərliyi ilə görüş də nəzərdə tutulmuşdur. Səfər sentyabrın 13-də başa çatacaq.
Baxış sayı: 1 474
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

