Azərbaycan Ordusunda əsaslı təmir-tikinti və yenidənqurma işlərinin aparılması ilə bağlı plana əsasən hərbi hissələrdən birində yeni inşa edilən qarovul binasının açılışı olub. Açılışda çıxış edən Maddi-Texniki Təminat Baş İdarəsi rəisinin müavini – MTT qərargahının rəisi polkovnik Qədir Nəsibov bildirib ki, qarovul binası qısa müddət ərzində müasir standartlara uyğun inşa olunub. Burada qarovul xidmətinin yüksək səviyyədə təşkil olunması və aparılması üçün hərtərəfli şərait yaradılıb.
Təyinatına uyğun olaraq zəruri inventar və avadanlıqla təmin edilən mətbəx, yeməkxana, istirahət otağı, paltar qurutma yeri, eləcə də təhlükəsizlik qaydaları tələblərinə cavab verən silah-sursat saxlancı da hərbi qulluqçuların istifadəsinə verilib.
Binaya istilik sistemi, isti və soyuq su çəkilib, siqnalizasiya və yanğın əleyhinə sistemlər quraşdırılıb. Ərazi hər tərəfdən metal çərçivə ilə əhatə olunub, abadlıq və quruculuq tədbirləri görülüb, asfalt örtüyü döşənib və yaşıllıq sahəsi salınıb.
Baxış sayı: 1 587
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

