FACT-INFO.AZ » XƏBƏR » "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvləri festivalda iştirak edib
29-08-2018, 07:30 | XƏBƏR
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvləri festivalda iştirak edib

Festivalda Azərbaycanı "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in 12 nəfərdən ibarət nümayəndə heyəti təmsil edirdi. Festivaldan qayıdan nümayəndə heyətinə rəhbərlik edən İctimai Birliyin sədri Tahir Xudiyevin təəssüratlarını sizinlə bölüşürük:

- Rusiya Federasiyası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən əlilliyi olan gənclərin "Жизнь безграничных возможностей!" adlı beynəlxalq festivalı təşkil edən Moskva Dövlət Humanitar-İqtisad Universiteti (MDHİU) MDB dövlətləri arasında əlilliyi olan insanların təhsil aldığı yeganə ali təhsil ocağıdır. 2016-cı ildən İctimai Birliyimizlə MDHİU arasında qarşılıqlı əməkdaşlıq barədə Saziş imzalanıb. Festivalda "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Mədəniyyət şöbəsinin üzvləri 3-cü dəfədir ki, uğurla iştirak etdilər.

Bu il keçirilən festivalın açılışında MDHİU-nun rektoru, professor Vaqif Bayramov, Uşaq Hüquqlarının Müdafiəsi Dövlət Siyasəti Departamentinin direktor müavini Ирина Терехина, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin mədəniyyət müşaviri Nigar Axundova, Rusiya Federasiyasının əməkdar rəssamı Nikas Safronov, Ekvador Respublikasının Rusiyadakı səfiri Jorge Patricio Palacios Porros, 31 saylı Xüsusi internat məktəbin direktoru Elena Seredkina və digər qonaqlar çıxış etdilər. Festivalın açılışında RF Əməkdar artisti, RF İctimai Palatanın üzvü, Ailə, uşaq və anaların müdafiəsi Komissiyasının sədri Diana Qurskaya tədbir iştirakçılarını salamladı, iki gözdən əlil kimi öz həyatını misal gətirərək çətinliklərə baxmayarq ruhdan düşməməyi, arzularına çatmaq üçün həyatda mübariz olmağı onlara tövsiyyə etdi. Festival iştirakçıları qarşısında çıxış etməyi özünə fəxr bildiyini söyləyərək iki mahnı da ifa etdi. Sovet və Rus teatr və kino aktyoru, yazıçı, şair, kinorejissor Vladimir Novikov, əməkdar artist Sərxan Sərxan, Alena Orlovanın rəhbərliyi altında "Ümid Mələkləri" yaradıcı qrupu konsert proqramı ilə çıxış etdilər. Müsabiqə iştirakçıları festivalda gözəl rəqslər, mahnılar ifa etdilər, eləcə də maraqlı əl işləri, rəsm əsərləri, foto-şəkillər və digər inscəsənət nümunələri təqdim etdilər.

İştirakçılar arasında Azərbaycanda doğulub-böyüyən, ali təhsil alan, hazırda Moskva şəhərində yaşayan, milliyyətcə yəhudi olan İlona Yankovskayanın Azərbaycan dilində ifa etdiyi xalq mahnısı iştirakçılar tərəfindən o dərəcədə bəyənildi ki, hamı bu Azərbaycan musiqisi altında rəqs etdi. "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvləri olan 1-ci qrup əlil beynəlxalq müsabiqələr laureatı müğənni Murad Sadıx, 2-ci qrup əlil Cavid Gözəlov, müğənni Kamil Ağazadə, Mədəniyyət şöbəmizin uşaqlardan ibarət rəqs qrupunun üzvləri-Nərgiz Əliyeva, İlham Quliyev, Rustəm Sadıxoq festivalda rəngarəng proqramla çıxış etdilər. İctimai Birliyimizin digər üzvü 2-ci qrup əlil, MDHİU-nun 3-cü kurs tələbəsi Ümid Cümşüdov isə muncuqla işləmə üzrə əl işlərini nümayiş etdirdi. Nümayəndə heyətimizin çıxışları iştirakçılar tərəfindən alqışlarla qarşılandı, hətta festival başa çatdıqdan sonra onların ifasında müsabiqədənkənar mahnılar ifa etməyi də xahiş etdilər. Festivalın Diplomları ilə təltif edilən nümayəndə heyətimiz vətənə dönəndə həmvətənlərimiz tərəfindən aeroportda Azərbaycan bayrağı ilə qarşılandı.

Bir məqamı xüsusi vurgulamaq istərdim ki, bir neçə nazirliklə İctimai Birliyimiz qarşlıqlı əməkdaşlıq edir. Onların və digər nazirliklər və dövlət təşkilatlarının nümayəndələri həmişə keçirdiyimiz tədbirlərdə iştirak edirlər. Bu dəfəki səfərimiz zamanı əməkdaşlıq etdiyimiz Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Mədəniyyət nazirliyi tərəfindən xüsusi dəstək aldıq. Göstərilən bu diqqət və qayğıya görə bütün kollektivimiz adından dərin təşəkkürümüzü bildiririk.

Məlahət Abdullayeva "Əlillər Dünyası" qəzetindən 28 avqust 2018-ci il




Baxış sayı: 1 663
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031