Əmək münasibətləri əmək müqaviləsi əsasında həyata keçirildikdə bu, işçiyə onun həyatının, sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində və qanunvericiliklə müəyyən olunan iş vaxtı müddətində çalışmaq hüququ yaradır. Bu, həmçinin işçiyə minimum əmək haqqından aşağı olmayan məvacib almaq, məcburi dövlət sosial sığortasına cəlb edilərək gələcəkdə sosial təminat hüququ əldə etmək imkanı verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bu fikirlər Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Füzuli, Beyləqan rayonlarından olan işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb. Seminar “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.
Tədbirdə vurğulanıb ki, əmək müqaviləsi olmadan işləmək işçini bütün əmək hüquqlarından və gələcək sosial təminatdan məhrum edir. Belə halda işçi qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq, minimum əməkhaqqından aşağı olmayan məvacib almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əməkhaqqı almaq və ya onun verilməsini tələb etmək, istirahət və məzuniyyət hüquqlarını itirmiş olur. Bağlanan hər bir əmək müqaviləsi isə Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində müvafiq bildiriş formasında qeydiyyatdan keçirilməklə rəsmiləşdirilir və əks halda hüquqi qüvvəyə minmir.
Baxış sayı: 1 810
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

