FACT-INFO.AZ » SİYASƏT » Deputat: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
17-08-2018, 10:10 | SİYASƏT
Deputat: Ermənistan digər region ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür

H.Babaoğlu bildirib ki, məhz buna görə Cənubi Qafqaz ölkələri istər beynəlxalq münasibətlər sistemində, istərsə də geostrateji mənafelər baxımından mövcud reallıqlarda tam miqyasda uzlaşdırılmış siyasət həyata keçirərək bütövlükdə regionun ümumi maraqlarını qorumaqda çətinlik çəkirlər:

“Bu azmış kimi, Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir və üstəlik, növbəti işğalçılıq siyasəti üçün də ideoloji və hərbi-siyasi əsaslar yaratmağa çalışır. Belə ki, hələ hakimiyyətdə olduğu zaman Ermənistanın eks-prezidenti Serj Sarkisyan demişdi ki, biz “böyük Ermənistan” yaratmaq yolunda ilkin addımı atdıq – Qarabağı işğal etdik, bundan sonrakı hədəfləri isə gələcək nəsillərə buraxırıq. Gələcək nəsillərə buraxılan hədəflər isə əslində regionda Ermənistanla qonşu olan 3 ölkənin ərazilərini ələ keçirməkdir. Bu ölkələrdən biri uzun illərdir işğala məruz qalan Azərbaycandır. İkincisi Gürcüstandır ki, Ermənistan bu dövlətin Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürür. Üçüncüsü, Türkiyədir, bu ölkənin Ərdahan, Ərzurum, Qars, Diyarbəkir və Van vilayətlərinə ərazi iddiası irəli sürülür. Hətta Ermənistan tərəfindən Urmiya daxil olmaqla İranın geniş bir bölgəsinə də ərazi iddiaları irəli sürülür”.

Deputat vurğulayıb ki, əlbəttə, belə bir şəraitdə hazırkı gerçəkliklər və tarixi həqiqətlərdən çıxış edən qonşu ölkələr Ermənistanın bu səpkili ideoloji təxribatına və işğalçılıq siyasətinə qarşı birgə mübarizə aparmalıdır:

“Təsadüfi deyil ki, Yerevanın mərkəzində "Respublika meydanı" metro stansiyasında yerləşdirilmiş "böyük Ermənistanın" qondarma "xəritə"sinin şəklini amerikalı analitik Coşua Kuçera çəkərək "Tvitter"ə qoyub. Şəkildə Azərbaycana açıq ərazi iddiası ilə bərabər Türkiyə, İran və Gürcüstana da ərazi iddiaları irəli sürülür. Bu vasitə ilə işğalçılıq siyasətinin istiqamətlərini göstərən təbliğat şəkilləri və plakatları nümayiş etdirilərək gənc nəslin beyninə bu ideologiya yeridilir. Onların zehninə həkk edilir ki, gələcəkdə bu işğalçılıq siyasətini davam etdirsinlər. Ona görə də əgər biz gələcəkdə regionda müharibə, savaş istəmiriksə, gələcəkdə regionun bütün çıxarlarını və mənafelərini qorumaq istəyiriksə, bu işğalçılıq siyasəti təbliğatının qarşısını indidən almalıyıq. Bunun ən yaxşı yolu isə Ermənistanın ərazi iddiası qaldırdığı hər dörd ölkənin – Azərbaycan, Gürcüstan, İran və Türkiyənin bu siyasətə qarşı birgə mübarizə aparmasıdır. Ən nəhayət, bununla bağlı “hücum diplomatiyası” həyata keçirərək, bu işğalçılığa əsas yaradan ideoloji təbliğat vasitələrinin Ermənistanın öz içərisindəcə boğulmasına nail olmaq lazımdır”.

H.Babaoğlunun fikrincə, bunun üçün geniş informasiya kampaniyası aparmaq lazımdır: “Çünki işğalçı dövlət regiondakı başqa dövlətlərə qarşı bundan sonra da işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Ona görə də bu kontekstdə Ermənistanın bu işğalçılıq siyasətini ifşa etmək üçün 4 ölkə regional və beynəlxalq təşkilatları dəvət etməklə, onların nümayəndələrinin iştirakı ilə birgə beynəlxalq konfranslar təşkil edə bilər. Nəhayət, Ermənistanda “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün şovinist düşüncəli gənclər yetişdirilməsinin qarşısının alınması, Ermənistanın bu işğalçılıq siyasətindən çəkindirilməsi üçün bu istiqamətdə tədbirlər həyata keçirilməli, mütəmadi olaraq informasiya və ideoloji müharibə üsulları və digər vasitələrlə bu siyasət ifşa edilməlidir. Əks təqdirdə, Ermənistanın bu işğalçılıq siyasəti davam etdikcə regionun birgə maraqlarının qorunması və ortaq mənafelərinin təmin edilməsi mümkün olmayacaq”.




Baxış sayı: 1 731
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031