Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 105 illik yubiley münasibətilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) kollektivini təbrik edib.
Fact-info.az xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkə hesabında qeyd edib: "Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 yaşının tamam olması münasibətilə kollektivin bütün üzvlərini səmimi-qəlbdən təbrik edirəm. Ölkəmizin ilk milli informasiya agentliyi çətin və şərəfli bir yol keçib, xəbər mübadiləsi sahəsində daim yüksək peşəkarlıq nümayiş etdirib və beynəlxalq aləmdə Azərbaycanın güclü səsi olub. Həmişə yeniliklərə açıq olan, inkişaf və irəliləyiş yolunu seçən AZƏRTAC-ın 105 illik yubileyi münasibətilə əməkdaşlarını bir daha təbrik edir, yeni yaradıcılıq uğurları arzulayıram".
Baxış sayı: 160
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
Azerbaijan calls for international support in humanitarian demining efforts
