FACT-INFO.AZ » QHT » QHT yeni layihəyə start verir
3-03-2025, 12:30 | QHT
QHT yeni layihəyə start verir

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamını nəzərə alaraq əsas fəaliyyət istiqaməti uşaq hüquqlarının təmin olunması, onların pozulmuş hüquq və azadlıqlarının bərpa edilməsi, həmçinin təhsilə olan maraqlarının artırılması ilə bağlı mövcud problemlərin həllinə dəstək göstərilməsini daim diqqətdə saxlayan “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi “Biri vardı, biri yox: nağıldan gerçəkliyə” layihəsinə start verir.

Fact-info.az xəbər verir ki, layihə respublikanın paytaxtı və bölgələrində yerləşən 20-yə yaxın dövlət və özəl uşaq bağçalarını əhatə etməklə cari ilin sonuna kimi davam edəcəkdir. Chevik.az platformasında yayımlanacaq layihənin əsas məqsədi gələcəyimiz olan uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmaq, onların təlim və tərbiyəsi ilə bağlı aktual problemlərin həllinə hərtərəfli köməklik göstərməkdir. Bu məqsədlə layihə çərçivəsində uşaq bağçalarının müdiriyyəti və kollektivi, müəllim və tərbiyəçilər, eləcə də valideynlər arasında genişmiqyaslı sorğuların keçirilməsi və müşahidələrin aparılması, əldə edilmiş nəticələrin təhlili və ümumiləşdirilməsi, uşaq bağçalarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində təkliflərin hazırlanması və müvafiq qurumlara təqdim edilməsi nəzərdə tutulub.

Müasir dövrdə azyaşlı uşaqların idrak fəaliyyətinin formalaşmasında, milli-mənəvi dəyərlər və əxlaqi keyfiyyətlər çərçivəsində tərbiyə olunmasında, onların məktəb həyatına hərtərəfli hazırlığının təmin edilməsində uşaq bağçalarının mühüm rol oynadığını nəzərə alaraq, anket sorğusunda respondentlərə bağçalarda təlim və tərbiyə prosesinin təşkili və keyfiyyəti, bağça təhsilinin durumu, pedaqoji kadrların, eləcə də texniki heyətin kəmiyyət və keyfiyyət baxımından fəaliyyəti, uşaqların əqli inkişafı və fiziki sağlamlığının təmin edilməsi, sosiallaşması və ətraf mühitə adaptasiyası, məktəb həyatına hazırlığı və ünsiyyət bacarıqlarının inkişafı istiqamətində atılan addımlar, onların qidalanması və məişət problemlərinin həlli ilə bağlı görülən işlər, eləcə də valideynlərin bağçada həyata keçirilən təlim-tərbiyə prosesinə münasibəti kimi bir sıra mühüm məsələlərə aydınlıq gətirə biləcək suallarla müraciət ediləcəkdir.

İctimai birliyin rəhbərliyi və üzvlərinin layihə çərçivəsində sorğu keçiriləcək uşaq bağçalarında pedaqoji kollektiv və texniki heyətlə, uşaqlar və onların valideynləri ilə görüşləri və söhbətlərinin keçirilməsi də planlaşdırılır. Sorğu nəticəsində əldə edilmiş məlumatlar təcrübəli pedaqoqların, psixoloqlar və sosial işçilərin iştirakı ilə təhlil edilib ümumiləşdirildikdən sonra QHT tərəfindən müvafiq qurumlara təkliflər paketi təqdim ediləcəkdir.

Layihənin icrası dövründə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi müxtəlif dövlət qurumları və özəl təşkilatlar, media nümayəndələri və vətəndaş cəmiyyətinin digər üzvləri ilə sıx əməkdaşlıq etməyə hazırdır.

“Sağlam və savadlı, ağıllı və tərbiyəli gələcək nəslin yetişdirilməsində səylərimizi birləşdirməliyik... Yaşa dolduqca, uşaqlıq illəri bizə nağıl kimi görünür. Danışılan, dinlənilən nağıl kimi yox, yaşanan nağıl kimi... Gəlin əl-ələ verib bu nağılı övladlarımız üçün gerçəkliyə çevirək” – deyən layihə rəhbəri, QHT sədri Könül Quliyeva növbəti mərhələdə uşaq bağçaları ilə orta məktəblər arasında sıx əməkdaşlığın inkişafı istiqamətində də maraqlı və faydalı tədbirlərin təşkilini vacib hesab edir: “Uşaqlara qayğılı münasibət xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, dövlətimizin uşaq siyasətinin təməl daşıdır. Onların müdafiəsi, davamlı olaraq hər birimizin diqqəti və qayğısı ilə əhatə olunması məsələsi bütün dövrlərdə istər dövlətimizin, istərsə də cəmiyyətimizin başlıca vəzifələrindən biri olmuşdur. Uşaqlar həyatda ən böyük ümid bəslədiyimiz, ən çox sevdiyimiz varlıqlardır. Onların azad və müstəqil ölkədə xoşbəxt gələcəyinin təmin edilməsində, sağlam və ağıllı, nəcib və ləyaqətli övlad, xalqına və dövlətinə sadiq vətəndaş kimi yetişdirilməsində ailə ilə yanaşı, təlim-tərbiyə müəssisələri, uşaq bağçaları və məktəblər yaxından iştirak edir, gənc nəslin formalaşması işinə ayrı-ayrılıqda öz töhfəsini verir, bu nəcib işdə bir-birini tamamlayırlar. Unutmayaq ki, təbiətin ali məxluqu olan insanın ömür yolu uşaqlıq dövründən başlayır. Uşaq - mənəvi paklığın və saflığın bariz nümunəsidir. İnsan kapitalının ilkin mənbəyidir. Hər bir uşağa diqqət və qayğı ilə yanaşmaq, onu həssaslıqla böyüdüb bəsləmək, hüquq və azadlıqlarını təmin etmək və layiqli vətəndaş kimi yetişdirmək hər birimizin borcudur”.

 




Baxış sayı: 185
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq Bu gün, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib Bu gün, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi Bu gün, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır Bu gün, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir Bu gün, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub Bu gün, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib Bu gün, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb Bu gün, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub Bu gün, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub Dünən, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib Dünən, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb Dünən, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» Dünən, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan Dünən, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb Dünən, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib Dünən, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir Dünən, 10:30 Parisdə Zəfər Gününə həsr olunmuş musiqi gecəsi təşkil edilib Dünən, 10:30 Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram Dünən, 10:00 Azərbaycanın ideoloji təhlükəsizliyi milli suverenliyin qorunmasının əsas şərtlərindəndir 4-11-2026, 20:30 Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanının özbək dilində nəşri təqdim olunub 4-11-2026, 20:00 Azerbaijan’s cultural heritage showcased at festival in South Korea 4-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar 4-11-2026, 16:00 Ürək sağlamlığı diqqət mərkəzində 4-11-2026, 15:00 “Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” 4-11-2026, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub 4-11-2026, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib 4-11-2026, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb 4-11-2026, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu 4-11-2026, 09:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30