Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) şəxsi heyətinin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər davam etdirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 4-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov HHQ-nin cəbhəboyu zonada yeni inşa edilən hərbi hissəsinin açılışında iştirak edib, şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub. Müdafiə Nazirliyinin rəhbərliyi, həmçinin ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarı, qazanxana, sıra meydanı, nəzarət-buraxılış məntəqəsi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib. Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdıran müdafiə naziri döyüş hazırlığının səviyyəsinin daha da artırılması ilə bağlı komandanlığa konkret tapşırıqlar verib.
Baxış sayı: 1 586
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

