FACT-INFO.AZ » XƏBƏR » Leyla Əliyevanın dəvəti ilə rusiyalı gənclərin Azərbaycana səfəri başa çatdı
4-08-2018, 07:50 | XƏBƏR
Leyla Əliyevanın dəvəti ilə rusiyalı gənclərin Azərbaycana səfəri başa çatdı

İyulun 24-31-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının bir qrup dövlət qulluqçularından, qeyri-hökumət gənclər təşkilatlarının üzvlərindən və ali məktəb tələbələrindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri başa çatıb.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Fəxri Xiyabanda umummilli lider Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər Xiyabanını ziyarət edib.

Nümayəndə heyətinin üzvləri Gənclər və İdman Nazirliyində olub, gənclər və idman nazininin müavini İntiqam Babayevlə görüşüblər. Görüşdə Azərbaycanda uğurla həyata keçirilən gənclər siyasəti, müxtəlif layihələr, əldə edilmiş uğurlar və beynəlxalq əlaqələr haqqında məlumat verilib və nümayəndə heyətinin üzvləri səfər barəsində öz təəssüratlarını bölüşüblər. Qonaqlar tərəfindən gənclər siyasəti ilə bağlı verilmiş suallar ətraflı cavablandırılıb. Moskva şəhəri Mədəniyyət departamentinin direktor müavini Vladimir Filippov səmimi qəbula görə nazir müavininə minnətdarlığını bildirib. Görüşdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum, Rusiyanın Azərbaycanlı Gənclər Birliyi İdarə heyətinin üzvü Emin Hacıyev də iştirak ediblər. Görüşün sonunda qonaqlara Gənclər və İdman Nazirliyinin xatirə hədiyyələri təqdim edilib. Növbəti gün Rusiya Federasiyasının gənclərdən ibarət nümayəndə heyətinin mədəniyyət nazirinin müavini Rafiq Bayramovla görüşü keçirilib, Azərbaycanda və Rusiyada keçirilən müxtəlif mədəni layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Moskva Hökumətinin Xarici İqtisadi və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Oleq Şutenko qarşılıqlı mədəniyyət günlərinin keçirilməsini hər iki ölkə və paytaxtlarımız üçün əhəmiyyət daşıdığını vurğulayıb. Moskva İstirahət və Turizm Agentliyinin dövlət mədəniyyət müəssisəsinin direktoru Vasili Ovçinnikov, Moskva şəhər Mədəniyyət departamentinin əməkdaşı Artur Şukurovski, “Road to Moscow” təşkilatının inkişaf məsələləri üzrə direktoru Lyudmila Tsoy da görüşdə iştirak ediblər. Növbəti gün nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzini ziyarət edərək Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Burada qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey barəsində geniş məlumat verilib. Daha sonra nümayəndə heyətinin üzvləri Heydər Əliyev Mərkəzindəki “Azərbaycan inciləri” və “Mini Azərbaycan” sərgiləri ilə də tanış olublar. Nümayəndə heyətinin üzvləri Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri xanım Leyla Əliyeva ilə görüşərək dəvət üçün təşəkkürlərini bildirib, səfər təəssüratları ilə bölüşərək, ona xatirə hədiyyələrini təqdim ediblər.

Növbəti günlər qonaqlar JARA-2018 Beynəlxalq Müsiqi Festivalının açılışında iştirak edib, Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyası, eləcə də Hacı Zeynalabdin Tağıyevin ev-muzeyi, Muzey Mərkəzi, Xalça Muzeyi, Qız Qalası, Şirvanşahlar sarayı, İçərişəhər ilə tanış olublar.




Baxış sayı: 1 508
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30