Sorğuda 142 ölkədən 15 yaşdan yuxarı 148 min nəfər, eləcə də Azərbaycandan 1000 nəfər iştirak edib. Azərbaycan sorğunun nəticələrinə görə 85 bal toplayıb. Qonşu ölkələrdən Gürcüstan siyahıda 17, Ermənistan 69, Türkiyə 72, Rusiya isə 98-ci yeri tutub. Sorğu zamanı sakinlərə gecələr şəhərdə tək gəzməyin mümkünlüyü, polisin işindən razılıq və son 12 ay ərzində onlara qarşı hücum və ya qarət aktının qeydə alınıb-alınmaması ilə bağlı sullar ünvanlanıb. Sorğunun yekununda reytinq tərtib olunub və ona Sinqapur liderlik edib. Siyahıda ikinci yeri Norveç, İslandiya və Finlandiya bölüşüb. İlk onluğa Özbəkistan, Honkonq, İsveçrə, Kanada, İndoneziya, Danimarka, Sloveniya, Lüksemburq, Avstriya, Çin və Niderland daxil olub. Siyahının sonuncu yerlərində Cənubi Sudan, Əfqanıstan və Vensuela qərarlaşıb.(Azadinform)
Baxış sayı: 1 605
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

