O, bildirib ki, xarici ölkələrdə əlillərin qiymətləndirilməsi zamanı qruplar üzrə deyil, məhz əmək qabiliyyətinin, özünə qulluq etmə dərəcəsinin faiz dərəcəsi üzrə olan meyarlardan geniş istifadə olunur: "Düşünürük ki, bu mütərəqqi praktikanı Azərbaycana gətirməklə əlilliyi olan şəxslərin məhz qeyd etdiyim seqmentdən qiymətləndirilməsinə nail olacağıq". Nazirin sözlərinə görə, bu praktika növbəti iki-üç il ərzində reallaşa bilər: "Bunu qarşımıza çox uzaq hədəf olaraq deyil, orta müddətli hədəfimiz kimi qoyuruq. Bu gün qanunvericilik qaydasında yeni qanunlarımız, qanunlara dəyişikliklərimiz qəbul olunub. Bəzi meyarlar yeni dəyişikliklərdə öz əksini tapır". S.Babayev qeyd edib ki, nazirlik işini təkmilləşdirərək nəinki təyinat alan yeni əlillər, eyni zamanda reabilitasiya olunaraq sağalmış və əlilliyi olmayan şəxs kimi qiymətləndirilən böyük kateqoriya insan yaradacaq: "Bu, dövlətin qazancı olacaq. Həmin əmək qabiliyyətli şəxslər də artıq əmək bazarına geri qayıdaraq dövlətə, millətə, öz ailələrinə geniş fayda verə biləcəklər".(Azadinform)
Baxış sayı: 1 553
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

