BMT-nin İnsan Hüquqları Şurasının davam edən 38-ci sessiyası çərçivəsində iyunun 27də Azərbaycanın təşəbbüsü, 126 BMT-yə üzv dövlətin, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzvlərinin həm-müəllifliyi ilə Birgə Bəyanat səsləndirilib. XİN-dən APA-ya verilən məlumata görə, Bəyanat BMT-nin İnsan Hüquqları Şurası üzvlərinin 2/3-si tərəfindən dəstəklənib.
Azərbaycanın BMT-nin Cenevrə Ofisi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov tərəfindən səsləndirilən bəyanatda cari ilin avqust ayında BMT-nin Baş Katibi tərəfindən təyin edilməsi gözlənilən BMT-nin İnsan Hüquqları üzrə yeni Ali Komissarından BMT üzv dövlətlərinin gözləntiləri əksini tapıb.
Bəyanatda silahlı münaqişə qurbanlarına xüsusi yer ayrılır və təyin olunacaq yeni Ali Komissar silahlı münaqişələr nəticəsində yurd-yuvalarından didərgin düşmüş şəxslərin pozulmuş hüquqlarına xüsusi diqqət yetirməyə çağırılır. Təyin olunacaq Ali Komissardan öz fəaliyyəti müddətində BMT Nizamnaməsini rəhbər tutmağa və BMT üzv dövlətlərinin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmağa dair gözlənti ifadə olunur.
Baxış sayı: 1 512
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

