İspaniya polisi “erməni mafiyası” adlı cinayətkar qruplaşmaya qarşı genişmiqyaslı əməliyyat keçirir. Azadinform “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kataloniyanın hüquq mühafizə orqanının “Twitter” səhifəsində bildirilib. “Polis tərəfindən erməni mənşəli cinayətkar qruplaşmaya qarşı narkotik maddələrin qanunsuz dövriyyəsi, silah alveri, tənbəki qaçaqmalçılığı, çirkli pulların yuyulması, silah ticarəti zamanı korrupsiya və Avropada törədilən başqa cinayətlərlə əlaqəli olduğu üçün əməliyyat keçirilib ”, - deyə Kataloniya polisi bildirib. Bildirilib ki, əməliyyat İspaniyanın Barselona, Madrid, Valensiya, Alikant, Albaset və başqa şəhərlərində keçirilir. Məlumata görə, bu cinayətkar qruplaşmanın üzvləri Ermənistan əsillidir. Onların ABŞ, Fransa, Belçika, İtaliya və Litvada şübhəli əlaqələri var.
Baxış sayı: 1 555
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

