FACT-INFO.AZ » XƏBƏR » İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsmanların XV Bakı beynəlxalq konfrans
20-06-2018, 09:00 | XƏBƏR
İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsmanların XV Bakı beynəlxalq konfrans

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın təşəbbüsü ilə ölkəmizdə mayın 18-dən iyunun 18-dək keçirilən İnsan Hüquqları Aylığı çərçivəsində Bakı və regionlarda silsilə tədbirlər təşkil olunub. Ombudsmanın Gəncə, Şəki, Cəlilabad və Quba Regional mərkəzləri tərəfindən əhatə etdikləri bir sıra şəhər və rayonların Heydər Əliyev mərkəzlərində, ali təhsil müəssisələrinin filiallarında, tibb məktəbində, mərkəzi kitabxanalarda gənclərlə, ümumtəhsil məktəblərində, gimnaziyalarda, kolleclərdə, dövlət uşaq müəssisələrində uşaqlarla, kəndlərdə icmalarla görüşərək, silsilə hüquqi maarifləndirmə tədbirləri keçirilib. Eyni zamanda, Qubadakı “ASAN xidmət”də Ombudsman təsisatı tərəfindən hazırlanmış hüquqi nəşrlərdən və insan hüquqlarına aid ədəbiyyatdan ibarət kitab sərgisi təşkil olunub. Həmin silsilə tədbirlərdə dövlət qurumlarının məsul əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının, QHT-lərin əməkdaşları, çoxsaylı fəal gənclər, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Regional mərkəzlərin rəhbərləri çıxış edərək bildiriblər ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə iyunun 18-i ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunur. Bu əlamətdar tarixlə əlaqədar olaraq, ötən dövrdəki fəaliyyəti bir daha nəzərdən keçirmək, əldə edilən nailiyyətləri, habelə qarşıda duran məsələləri müəyyənləşdirmək məqsədilə hər il olduğu kimi, bu il də Ombudsmanın təşəbbüsü ilə İnsan Hüquqları Aylığı elan olunub.

Vurğulanıb ki, dövlətimizin başçısının 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icraatda olan bəndlər əsasında respublikanın bütün şəhər və rayonlarında insan hüquqları ilə bağlı silsilə tədbirlər və müzakirələr təşkil edilir. Ombudsmanın regional mərkəzlərin rəhbərləri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin mahiyyəti, əsas insan hüquq və azadlıqlarını özündə ehtiva etməsi, 1966-cı ildə qəbul olunmuş Mülki və Siyasi Hüquqlar haqqında, habelə İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq paktlar, BMT-nin digər mühüm sənədləri, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası barədə ətraflı məlumat veriblər.

İnsan hüquqları sahəsində ölkəmizdə atılan mühüm addımlar, ümummilli lider Heydər Əliyevin bu sahəyə verdiyi önəm və aparılan ardıcıl islahatlar diqqətə çatdırılıb. Qeyd olunub ki, respublikamızda insan hüquq və azadlıqlarının qorunmasının əsası ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müddəalarla qoyulub. Ombudsmanın insan hüquqlarının təmini və müdafiəsində rolu, çoxşaxəli fəaliyyəti, bu sahədə dövlət qurumları, QHT və KİV-lər, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı, hüquqi maarifləndirmə tədbirləri haqqında geniş məlumat verilib. Habelə 2009-2010-cu tədris ilindən başlayaraq Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta ümumtəhsil məktəblərində uşaq hüquqları üzrə pilləli tədris proqramının uğurla həyata keçirildiyi, adıçəkilən Milli Fəaliyyət Proqramının 4.4-cü bəndində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsinin də nəzərdə tutulduğu qeyd edilib.

Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb. Qeyd edək ki, bu il iyunun 20-21-də İnsan Hüquqları Aylığına yekun vurularaq, E.Süleymanova tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi, həmçinin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyi ilə bağlı “Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı təşkil ediləcək. Tədbirə xarici ölkələrin ombudsmanları, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı, UNESCO və digər beynəlxalq təşkilatların ölkəmizdə təmsil olunan nümayəndələri, habelə Milli Məclisin deputatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları və media təmsilçiləri qatılacaq.




Baxış sayı: 1 521
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30