Bunu APA-ya Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov bildirib. A. Bağırov deyib ki, əldə edilən materiallar üzərində iş aparılır:
"Bu barədə çox ətraflı danışmaq istəmirəm. Avropa İnsan Haqları Məhkəməsinə Dilqəm Əsgərov və Şahbaz Quliyevə işgəncə verilməsi ilə bağlı təqdim olunan videomateriallar sübutdur. Əlimizdə olan materiallardan, sübutlardan səmərəli istifadə etməyə çalışacağıq. Bu sübutların nə dərəcədə qanuni yolla əldə edilməsi və Avropa Məhkəməsinin belə hallara reaksiyasına gəlincə, sübutlar qanuni yolla əldə edilməlidir.
Avropa Məhkəməsi bütün hallara əhəmiyyət verir. Bizim qüvvədə olan qanunvericiliyə əsasən, sübutlar qanuni yolla əldə edilməlidir. Ancaq işğal olunmuş Dağlıq Qarabağda işğalçı rejimin qondarma məhkəməsində, qondarma həbsxanasında hansı qanundan söhbət gedə bilər?! Axı orada qanun yoxdur ki, sübutların qanuni yolla əldə edilməsindən danışaq. Cinayətkarlar tərəfindən həbs olunan insanlara qarşı törədilən vəhşiliklər, cinayətlərdə hansı qanundan söhbət gedə bilər? Bunlar qanundan kənar məsələlərdir. Ona görə də Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı bütün sübutlar əhəmiyyətli və mötəbərdir".
Baxış sayı: 1 456
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

