FACT-INFO.AZ » XƏBƏR » Şura 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı qərar qəbul edib
1-06-2018, 20:50 | XƏBƏR
Şura 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları ilə bağlı qərar qəbul edib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib. Şura sədrinin müavini Vüsal Quliyev iclası açaraq gündəliyə təklif olunan Şuranın Apelyasiya Komissiyasının (AK) iclasının nəticələrinə baxılması, 2018-ci il ikinci qrant müsabiqəsinin yekunları və Şuranın 2018-ci il birinci rübdəki fəaliyyəti barədə məsələni elan edib. Gündəlik yekdilliklə təsdiq olunub. Vüsal Quliyev Şuranın qrant müsabiqəsi mövzularının hər zamankı kimi cənab Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət siyasətinin prioritetlərinə, ictimai aktuallıq kəsb edən məsələlərə uyğun olaraq tərtib olunduğunu deyib. Sədr müavini dövlət başçısının İrəvan xanlığı, Zəngəzur, Göyçə mahalları kimi tarixi torpaqlarımıza qayıtmağımızın siyasi və strateji hədəfimiz olması ilə bağlı bildirdiyi fikirlərini əsas götürərək 2018-ci il ikinci qrant müsabiqəsinin 9 mövzusundan 5-nin bu istiqamətə həsr olunduğunu vurğulayıb. Apelyasiya Komissiyasının sədri Sahib Məmmədov cari ilin aprelin 5-də AK-nin növbəti iclasının keçirildiyini qeyd edərək nəticələr haqqında Şura üzvlərini məlumatlandırıb.

Şura Katibliyinin icraçı direktoru F.Qurbanov 2018-ci il ikinci qrant müsabiqəsi haqqında geniş məlumat verib. İcraçı direktor 07 mart - 30 mart 2018-ci il tarixlərində ikinci qrant müsabiqəsində iştirak üçün 223 QHT-nin Şuraya ərizə təqdim etdiyini deyib. Onlardan sənədləri qaydasında olan 220 təşkilatın ərizəsi qeydiyyata alınıb. Bu QHT-lərdən 207-si layihə təqdim edib. 15 təşkilatın təqdim etdiyi layihə müsabiqə şərtlərinə uyğun olmadığından qeydiyyata alınmayıb. 192 layihə isə ekspertizaya təqdim edilib. İcraçı direktor müsabiqə prosesinin Şuranın təlimat və qərarlarına müvafiq şəkildə təşkil olunduğunu bildirib.

Fərasət Qurbanov Şuranın 2018-ci il birinci rübdəki fəaliyyəti barədə də ətraflı məruzə edib. Şura üzvləri Şahin İsmayılov, Nərgiz Xələf, Emin Həsənli, Əliməmməd Nuriyev, Sahib Məmmədov, Rufiz Qonaqov və Anar Xəlilov çıxış edərək gündəlikdə dayanan məsələlərlə bağlı bağlı rəy və təkliflərini bildiriblər.

Yekun olaraq Şura üzvləri ekspertlərin və Büdcə Komissiyasının rəyini nəzərə alaraq 82 layihənin maliyyələşdirilməsi, həmçinin Apelyasiya Komissiyasının iclasının nəticələri haqqında qərar qəbul ediblər. Müsabiqənin nəticələri ilə Şuranın www.cssn.gov.az, www.qhtxeber.az və www.e-qht.az saytları vasitəsi ilə tanış ola bilərsiniz.




Baxış sayı: 1 529
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30