Forumda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, QHT təmsilçiləri, ictimai-siyasi xadimlər, respublikanın bütün regionlarından nümayəndələr iştirak edirlər. Forumun keçirilməsində məqsəd 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə bütün vətəndaşların bərabər hüquqlarının tanınmasının, xüsusilə qadınlara seçki hüququnun verilməsinin 100 illiyinin qeyd olunması, son 100 ildə qadın hüquqlarının müdafiəsi sahəsində qazanılmış nailiyyətlərin müzakirəsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsidir.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forum çərçivəsində “Ekologiyada qadınlar və qida təhlükəsizliyi”, “Bərabərliyin 100 illiyi: tarixin nailiyyətləri və müasirlik”, “İqtisadiyyatda qadınlar: yeni imkanlar və çağırışlar”, “Qadınlar və İKT: reallıq və perspektivlər” mövzularında panel iclaslar keçiriləcək. Sonda Forumun yekun qətnaməsi qəbul ediləcək.
Baxış sayı: 1 449
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

