FACT-INFO.AZ » XƏBƏR » "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı təqdim edildi
26-05-2018, 08:25 | XƏBƏR
"İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı təqdim edildi

Beynəlxalq Mətbuat Mərkəzində yazıçı, publisist Bəxtiyar Qaraca və Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlının müəllifi olduğu "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabının təqdimat mərasimi keçirilib.

"Trend"in məlumatına görə, kitabın ön sözlərinin müəllifi "Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva və Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovdur. Kitabın təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov bildirib ki, Azərbaycan xalqı hər zaman Şərdə ilk demokratik respublika yaradan xalq olması ilə fəxr edib. Onun sözlərinə görə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının 100 illik tarixində ən böyük hadisədir.

Ə.Amaşov əlavə edib ki, "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı "Veysəloğlu" Şirkətlər Qrupunun Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə hədiyyəsidir: "Kitab Prezident İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına uyğun olaraq, dövlətçilik tariximizin şanlı səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Kitabda son iki əsrdə milli məfkurəni, özünədərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat və fəaliyyəti öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği və mühafizəsidir". Ə.Amaşov qeyd edib ki, kitabda tarixçilərin sənədlərindən başqa, jurnalist araşdırmaları da yer alıb. Kitabda, eyni zamanda, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi islahatlardan söz açılır.

Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyeş bildirib ki, mayın 28-də Azərbaycan ilk demokratik respublikasının qurulmasının 100 illiyini qeyd edəcək: "Tarixi faktlar da göstərir ki, Azərbaycan hələ 100 il əvvəl Şərqdə ilk demokratik respublikanı yaradan, demokratik dəyərlərin bünövrəsini qoyan ilk respublikadır".

Z.Hernyeş qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verilməsi, mətbuat azadlığı, parlamentdə həmkarlar ittifaqlarının təmsil olunması ilə bağlı qərarın qəbul olunması mühüm addımlardan idi. O əlavə edib ki, bütün bunlar illər sonra fundamental azadlıqları təsbit edən dəyərlər kimi Avropada yarandı. Z.Hernyeş deyib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 60-dan çox qəzet nəşr olunurdu: "Onların əksəriyyəti Azərbaycan dilində nəşr edilirdi. İlk nəşr edilən qəzetlərdən biri olan "Musavat" insanların bərabərliyini təlqin edirdi. Məhəmməd Əmin Rəsulzadə də bu qəzetin yazarlarından biri olub. Nəsillər öz tarixi biliklərinə yiyələnməklə inkişaf etməyə qadirdirlər. Xalqlar öz köklərinə bələd olduqda onların qarşısında daha geniş səhifələr açılır. Bu gün təqdim olunan kitab da Azərbaycan xalqına bir töhfədir. Avropa Şurasının Bakı nümayəndəliyi adından kitabın müəlliflərinə dərin təşəkkürümü bildirirəm. Hesab edirəm ki, bu kitab təkcə Azərbaycan xalqının yaddaşının təzələnməsi baxımından deyil, bir sıra ölkələrdə demokratik dəyərlərin təşviqi baxımından da çox dəyərlidir".

"Kaspi" qəzeti və "Kaspi Təhsil Mərkəzi"nin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, 5000 illik dövlətçilik tarixinə sahib olan Azərbaycan xalqının müstəqillik salnaməsinə bir əsr əvvəl yeni bir səhifə əlavə olunub: "O möhtəşəm gündən bizi 100 illik bir məsafə ayırır. Həmin dövrün maraqlı faktlarını təqdim edən müəlliflər Azərbaycan Xalq Cümhuriyyətinin əksər mərhələlərini ümumiləşdirərək hadisələrin xronoloji ardıcıllığını qoruyub saxlamağa çalışıblar. Maraq doğuran cəhətlərdən biri də budur ki, müəlliflər siyasi rejimlərin, dövlət idarəçilik formalarının dəyişikliyinə fərq qoymadan Azərbaycan Xalq Cümhuriyyəti faktına bütöv bir istiqlal epoxası kimi yanaşıblar".

S.Vəliyeva deyib ki, Azərbaycanın hər yerində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilir: "Məni sevindirən həm də odur ki, bu hadisə orta məktəblərdə qeyd olunur. Mən bu kitabın ərsəyə gəlməsinə görə "Veysəloğlu" Şirkətlər Qrupuna təşəkkür edirəm. Burada dövlətçiliyin təşəkkül tapması, milli məfkurənin formalaşmasında əsas rol oynayan insanlar barədə məlumatların verilməsi, bu tarixin araşdırılması bizim tariximizə olan hədiyyədir. Bu kitabda böyük bir tarix açılıb". Professor Cahangir Məmmədli bildirib ki, hər sətrində tarix olan "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar" kitabı Cümhuriyyət dövrünün əksər mərhələlərini elmi yanaşmadan çox bədii salnamə dilinə çevirib: "Kitab bütöv bir dövrü əhatə edir, burada hətta Cümhuriyyətə aparan yollar öz əksini tapıb. Bu kitabda müasirliyə gedən yollarda Azərbaycan xalqının hansı məşəqqətli günlər keçirdiyini görmək olar".

Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, kitabda kifayət qədər yeni faktlar var: "Bizim 5000 illik dövlətçilik tariximizdə ya sülalə, ya da tayfa əsasında yaranan dövlətlər olub. Amma Cümhuriyyət milli məfkurə ilə yaradılmış bir dövlət olub. Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisiyik. Cümhuriyyət konstitusiyanı qəbul edə bilmədi, Azərbaycan neftinə sahib ola bilmədi, parlamentdə seçkilər keçirə bilmədi, torpağı fəhləyə verə bilmədi. Amma müstəqil Azərbaycanda Ümummilli lider Heydər Əliyevin hakimiyyəti ilə bütün bunlara nail olundu".

Mətbuat Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid bildirib ki, bu gün Azərbaycanda Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi insanların öz içindən gəlir: "Bu gün bu hadisə orta və ali məktəblərdə geniş qeyd edilir. Bu da bizi sevindirir". Kitabın müəlliflərindən biri olan tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı isə bu işdə zəhməti olan hər kəsə dərin təşəkkürünü bildirib: "23 aylıq Azərbaycan Xalq Cümhuriyyətinin hər ayına yox, hər gününə kitab yazmaq olar. Bu dövr Azərbaycan tarixinin iftixar yeridir".




Baxış sayı: 1 932
“İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Bu gün, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Bu gün, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Bu gün, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Bu gün, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Bu gün, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031