UNEC-in nümayəndə heyəti öncə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, şəhidlərin əziz xatirəsinə ehtiramlarını bildiriblər. Filial kollektivi şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagirdlərlə görüşüb. Filialın İqtisadiyyat fakültəsinin dekanı, dosent Həqiqət Qədimova məktəblilərə UNEC-in Zaqatala filialı barədə ətraflı məlumat verərək, onlara “UNEC-də 1 gün” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində şagirdlər bir günlük UNEC tələbəsi olmaq hüququ qazanır və bu, onlara universitet ilə daha yaxından tanış olmaq imkanı yaradır. Layihəni maraqla qarşılayan Cocuq Mərcanlı kənd məktəbinin şagirdləri “UNEC-də 1 gün” layihəsində iştirak etmək istədiklərini bildiriblər. Məktəblilərə dərslərində uğurlar arzulayan filial kollektivi onlara kitablar hədiyyə ediblər.
Sonra müəllim və tələbələr Lələtəpə yüksəkliyinə qalxaraq, “N” saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşüblər. Səfər çərçivəsində Şuşa məscidinin bənzəri də ziyarət olunub.
Baxış sayı: 3 359
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

