FACT-INFO.AZ » SİYASƏT » “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib
27-04-2018, 08:15 | SİYASƏT
“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans keçirilib

Bu fikirlər aprelin 26-da Qusar şəhərində işə başlayan V Beynəlxalq elmi konfransın açılış mərasimində səsləndirilib. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq təşkil edilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir. Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan görkəmli tarixçilər iştirak edirlər.

Beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. 1918-ci ildə “Qanlı dərə”də qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də ziyarət olunub. Həmçinin Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktları özündə əks etdirən kitablar və digər nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Konfransın əvvəlində Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Bildirilib ki, 1918-ci ilin inzibati ərazi bölgüsünə görə Qusar ərazisi Bakı quberniyasının Quba qəzasına daxil idi. Həmin dövrdə Bakı Xalq Komissarları Sovetinin komissarı Stepan Şaumyanın tapşırığı ilə ermənilərdən ibarət 2 min nəfərlik hərbi dəstə Quba qəzasına göndərilmişdi. Erməni generalı Hamazaspın rəhbərlik etdiyi bu hərbi dəstə 1918-ci ilin yanvar-may aylarında Quba qəzasında 16 mindən çox insanı məhv etmişdi. Soyqırımına məruz qalan sakinlər arasında xeyli sayda ləzgi, tat, yəhudi və digər xalqların nümayəndələri də var idi. Qırğınlar zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdı ki, bunlardan da 35-i xəritədən silinib. Daşnaklar təkcə Quba, Qusar və Xaçmaz ərazisində 26 məscidi yandırmışdılar. Onlar qadın, uşaq demədən, qarşılarına çıxan hər kəsi öldürür, evlərə soxularaq ailələri ucdantutma qırırdılar.

Düşmənlər silah-sursat sarıdan nə qədər güclü olsalar da, yerli əhali, əsrlərlə bir yerdə dostluq və qardaşlıq şəraitində yaşamış azərbaycanlılar, ləzgilər, tatlar və digərləri birləşərək onların qarşısını almağa çalışır və bu yolda son nəfəslərinədək müqavimət göstərərək şəhid olurdular. Məhz “Qanlı dərə” bu bölgədə yaşayan xalqların qanlarının bir-birinə qarışdığı müqəddəs bir məkandır. Buna görə də türk-müsəlman xalqlarına qarşı soyqırımlarından bəhs edən elmi konfransın Qusar şəhərində keçirilməsi tarixi əhəmiyyətə malikdir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunan beynəlxalq elmi konfrans tarix boyu xalqımıza qarşı törədilən qırğınlar haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.

Ermənilərin əsassız iddialarının ifşa edilməsində, onların Anadoluda, Azərbaycanda törətdikləri soyqırımları ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında istər Türkiyədə, istərsə də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə aparılan geniş ideoloji və təbliğati iş öz müsbət bəhrəsini verməkdədir. Dünya ictimaiyyəti artıq ermənilərin iç üzünü tanıyır. Hamı görür ki, ermənilərin soyqırımı iddiaları siyasi alətdən başqa bir şey deyildir.

İsa Həbibbəyli qeyd edib ki, 1918-ci ildə azərbaycanlıların kütləvi qırğını, sonralar deportasiyaya məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması isə XX əsrin ən faciəli hadisələrindəndir. Həmin ilin mart-aprel aylarında daşnak-bolşevik birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri amansız qətliamların əsas məqsədi azərbaycanlıları milli etnos kimi yer üzündən silmək, onların tarixi torpaqlarına yiyələnmək olub. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır. Artıq Qafqazda ermənilərin həyata keçirdiyi soyqırımlarını araşdıran tarixçilər arasında xeyli sayda ədalətli, obyektiv beynəlxalq tədqiqatçılar da var. Sevindirici haldır ki, ermənilərin törətdiyi qırğınlar haqqında bir sıra xarici dillərdə obyektiv məqalələr, kitablar çap olunur. AMEA-da da soyqırımı faktlarının araşdırılması ilə bağlı çox mühüm işlər görülür.

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək bildirib ki, 1914-1918-ci illərdə böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli səhifələridir. Məkrli ermənilər "böyük Ermənistan" yaratmaq xülyası ilə zaman-zaman işğalçılıq, qəsbkarlıq siyasəti yeridiblər. Əsrlər boyu, xüsusilə 1918-ci ildə ermənilər Bakıda, Qubada, Şamaxıda, Lənkəranda, Zəngəzurda, Qarabağda, Naxçıvanda, İrəvan ellərində və digər şəhər və rayonlarımızda xalqımıza qarşı soyqırımı həyata keçirib, minlərlə insanı - qocanı, qadını, uşağı, gənci qanlarına qəltan ediblər. Həmin dövrdə Şamaxı şəhərinin müsəlmanlar yaşayan hissəsində çəkilmiş fotoşəkillərdə bu vəhşiliyin izlərini aydın görmək olar.

Yaqub Mahmudov vurğulayıb ki, bu kimi beynəlxalq tədbirlərin keçirilməsi dünya ictimaiyyətinin diqqətini Azərbaycanda və Şərqi Anadoluda türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımlarına yönəltmək baxımından böyük əhəmiyyətə malikdir. Ermənilər heç bir fakt olmadan bütün dünyaya soyqırımına məruz qalmaları barədə yalan məlumatlar yayırlar. Amma üzə çıxan tarixi faktlar bunun əksini sübut etməkdədir. Biz elm adamlarının əsas vəzifəsi bu faktları araşdırıb beynəlxalq aləmə çatdırmaqdır.

Türkiyənin Azərbaycandakı səfirinin müavini Volkan Öskiper iki qardaş ölkənin ortaq acılarının xalqlarımızı daha sıx birləşdirdiyini deyib. “Dünya ədalətsizdir deyib, əllərimizi yanımıza salmağımız düzgün olmaz. Bu ədalətsizliyə qarşı birlikdə mübarizə aparmalıyıq. 100 il öncə də eyni haqsızlıq vardı. Ermənilər bizə sözlə ifadə edilməsi mümkün olmayan şiddətli dəhşətlər yaşatdılar. Bu çətinliklər xalqlarımızı daha da birləşdirdi. Qafqaz İslam Ordusu azərbaycanlı qardaşlarımızın köməyinə gəldi. Bizim ehtiyacımız olanda Azərbaycan əl uzatdı. Ortada yalanlar və həqiqətlər var. Nəyin yalan, nəyin doğru olduğunu tarixçilər araşdırıb üzə çıxarmalıdır. Əks halda maraqlı tərəflər tarixi siyasiləşdirərək dünya ictimaiyyətinə özlərinə sərf edən formada yalan məlumatlar verməkdə davam edəcəklər. Buna görə də keçirdiyimiz konfranslar davamlı olmalı, Türkiyədə və digər ölkələrdə də təşkil edilməlidir. Bugünkü konfransda çox sayda ölkələri təmsil edən tarixçilərin, alimlərin iştirak etməsi sevindirici haldır. İnanıram ki, tarixi faktların beynəlxalq ictimaiyyətə çatdırılmasında bu tədbirin çox böyük faydası olacaq”, - deyə Volkan Öskiper bildirib.

Beynəlxalq konfransın açılış mərasimində Atatürk Araşdırma Mərkəzinin sədr müavini Nihat Fəthi Böyükbaş, Moskva Tarix, İqtisadiyyat və Hüquq İnstitutunun prezidenti, professor İqor Turitsın, Beynəlxalq Qazax-Türk Universitetinin kafedra müdiri, professor Elmira Zulpıxarova, Özbəkistan Elmlər Akademiyasının Tarix İnstitutunun professoru Kaxraman Racabov, siyasi elmlər doktoru, Pakistanda nəşr olunan “Müdafiə” jurnalının əməkdaşı Mahmud ul-Həsən xan, Kumık elm və mədəniyyət cəmiyyətinin sədri, “Yoldaş” qəzetinin baş redaktoru Kamil Əliyev və Hindistan alimi, Aligarx İslam Universitetinin professoru Arşi Xan çıxış edərək, müzakirə olunan mövzular ətrafında fikirlərini səsləndiriblər. İki gün davam edəcək beynəlxalq konfrans 3 bölmə üzrə keçirilir. Birinci bölmədə “1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar”, “1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən deportasiyası”, “1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması”, “1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr” istiqamətlərində məruzələr dinləniləcək.(Azərtac)




Baxış sayı: 1 849
XİN: Rumıniya sahillərində dron hücumuna məruz qalan gəmidəki 3 azərbaycanlı xilas edilib Bu gün, 21:30 Zeytun Festivalı başlayıb Bu gün, 18:30 Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington Bu gün, 16:00 В Ханкенди состоялся международный форум «SOCGOV 2026: Цифровой анализ для умного управления» - Bu gün, 16:00 Xocavəndə köçən ailələrə evlərinin açarları təqdim olunub Bu gün, 14:00 Ceyhun Bayramov: Azərbaycan və Hindistan enerji, əczaçılıq və İKT sahələrində əməkdaşlığı genişləndirə bilər Bu gün, 14:00 Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixinə dəyərli töhfə Bu gün, 13:30 Vaşinqtonda Azərbaycanın tarixi və mədəni irsi amerikalı tələbələrə təqdim olunub Bu gün, 10:00 Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma Bu gün, 10:00 Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır Bu gün, 09:00 “Hüseyn Cavid – Pyeslər” kitabı Türkiyə türkcəsində çap olunub Dünən, 20:00 "Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu"nun iştirakçıları ilə görüş olub Dünən, 19:00 Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib Dünən, 19:00 Azerbaijan calls for international support in humanitarian demining efforts Dünən, 18:30 Sülh yalnız bəyanatlarla deyil, həm də razılaşdırılan öhdəliklərin icrası ilə mümkündür Dünən, 18:00 Azərbaycanlı gənc alim Oksford Universitetinin mükafatına layiq görülüb Dünən, 15:30 Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Dünən, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Dünən, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Dünən, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Dünən, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb 21-10-2026, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib 21-10-2026, 20:00 В Баку начала работу XII международная книжная выставка 21-10-2026, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir 21-10-2026, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer 21-10-2026, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq 21-10-2026, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır 21-10-2026, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub 21-10-2026, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir 21-10-2026, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb 21-10-2026, 10:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031