FACT-INFO.AZ » SİYASƏT » Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir
16-06-2026, 19:30 | SİYASƏT
Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

2020-ci ildə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə ədalət bərqərar oldu. Türklərin “Dəmir yumruğ”u tarixi yenidən yazdı və haqsızlığa son qoydu. Fact-info.az xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Ankarada partiyanın parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

O, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını alqışlayıb. “Allaha şükür ki, Qarabağın işğal zəncirlərindən qurtulduğu günləri görmək bizə nəsib oldu. Biz Şuşada ulduz və aypara ilə bəzədilmiş bayraqların dalğalandığı şəfəqləri qarşılayırıq. Qarabağ torpağında şəhidlərimizin qanı ilə suvarılan Xarıbülbül artıq kədərli gözləntinin deyil, böyük Zəfərin rəmzi kimi çiçək açır”, - deyə siyasətçi bildirib.

MHP lideri Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpasına xüsusi diqqət yetirilməsinə çağırış edib və Zəngəzur dəhlizini “Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqə” adlandırıb.

D.Baxçalı vurğulayıb ki, Zəngəzur dəhlizi “Türk əsri”ndə strateji açar rolunu oynayır. “Əminəm ki, bu marşrut açılacaq və Türk Dövlətləri Təşkilatı daha da güclənəcək. Qarabağ Azərbaycandır! Bu həqiqət həm şəhidlərimizin qəhrəmanlığı və qanı ilə, həm də danışıqlar masasında təsdiq olunub”, – deyə o bildirib.

MHP sədri qeyd edib ki, əgər İrəvan regional əməkdaşlıqda səmimi iştirak etsə, Zəngəzur dəhlizi Ermənistan üçün də yeni imkanlara çıxış yolu ola bilər. “Əks təqdirdə Ermənistan keçmişin uydurmaları naminə gələcəyin imkanlarını qurban verəcək”, – deyə Dövlət Baxçalı xəbərdarlıq edib.




Baxış sayı: 130
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün Bu gün, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30