APA-nın yerli bürosunun məlumatına əsasən, Gürcüstanın erməni icmasının təşkil etdiyi aksiyada Ermənistan və Gürcüstanın bayraqları dalğalandırılıb. Aksiya iştirakçıları qondarma “soyqırımı”nın tanınmasını tələb edərək, Türkiyə əleyhinə şüarlar səsləndiriblər. Türkiyə səfirliyi ermənilərin aksiyasına cavab aksiyası təşkil edib. Səfirliyə gəlmiş Gürcüstanda yaşayan türkiyəli və azərbaycanlı gənclər, iş adamları Türkiyəyə dəstək ifadə ediblər. Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan deyib ki, ermənilər yalanlarından əl çəkmirlər. Diplomat Türkiyəyə dəstək göstərən azərbaycanlılara təşəkkür edib. Səfirlik qarşısında erməni terrorçularının qətlə yetirdikləri türk diplomatlarının fotoları sərgilənib. Dəstək aksiyasının iştirakçıları Türkiyə, Azərbaycan və Gürcüstan bayraqları dalğalandırıblar. Aksiya "Erməni yalanlarına son!", "Ermənilərin Qarabağdakı soyqırımlarını unutmadıq!" şüarları ilə keçirilib. Gürcüstan parlamentinin deputatı Azər Süleymanov deyib ki, Azərbaycan və Gürcüstan xalqına qarşı əsil soyqırımı ermənilər törədib. Aksiyalarda təhlükəsizliyin təmin olunmasına çoxlu sayda polis cəlb olunub.
Baxış sayı: 1 625
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region
Foreign Ministry: We call on France to refrain from groundless and biased allegations against Azerbaijan
Participants of international conference visit Khojaly Genocide Memorial
Diplomatic corps representatives visit Shusha

