Tədbirdə bu il 30 yaşı tamam olan mədəniyyət ocağının hazırda Bakıdakı 284 nömrəli tam orta məktəbin binasında fəaliyyət göstərdiyi bildirilib. Məktəbin direktoru Rafiq Rüstəmovun gərgin əməyi hesabına burada hər cür şərait yaradıldığı, təhsil ocağının foyesində məktəbin keçmişini, dünənini və bu gününü əks etdirən muzeyin fəaliyyət göstərdiyi vurğulanıb. Həmin muzeydə Xan əminin büstü qoyulub, korifey sənətkarların portretləri asılıb.
Bildirilib ki, vaxtilə pərvazlanan “Qarabağ bülbülləri”nin araya-ərsəyə gəlməsində Rafiq Rüstəmovun böyük xidmətləri olub. Tədbirdə çıxış edənlər böyük iradə və güclü inam hissinə malik olan Rafiq Rüstəmovun 70 bahar görmüş, indi isə Vətəndən uzaqda özünün payız ömrünü yaşayan bir sənətkar kimi sabaha ümidini itirmədiyini bildiriblər. Onun yenə də öz şagirdlərinə əzmlə muğamın sirlərini öyrətməsini də bir qələbə ruhu kimi dəyərləndiriblər. Sonda bütün iştirakçılara minnətdarlığını bildirən Rafiq Rüstəmov doğulduğu Qarabağ torpağının işğaldan azad olunacağına, ömrünün payız çağında da olsa böyük qələbəni görəcəyinə inamını ifadə edib.
Baxış sayı: 1 948
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

