FACT-INFO.AZ » XƏBƏR » İnkişaf sabitlik və təhlükəsizlik əsasında yaranır ki, biz bunu qoruyub saxlamalıyıq - “BİZİM PLANET”
27-03-2018, 11:20 | XƏBƏR
İnkişaf sabitlik və təhlükəsizlik əsasında yaranır ki, biz bunu qoruyub saxlamalıyıq - “BİZİM PLANET”

Bu fikirlər “Bizim Planet” verilişində gedən müzakirələr zamanı qeyd edilib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında öz tamaşaçı auditoriyası ilə görüşən “Bizim Planet” verilişinin bu dəfəki qonaqları millət vəkili, professor AMEA-nın müxbir üzvü Musa Qasımlı və millət vəkili, professor, siyasi elmlər doktoru Elman Nəsirov idi. Verilişin əsas müzakirə mövzusu Novruz bayramı münasibəti ilə keçirilən ümumxalq şənliyində Prezient İlham Əliyevin nitqi olub. Çıxışı zamanı prezidentin xüsusi qeyd etdiyi vacib məslələr ətrafında geniş diskussiyalar aparılıb.

Politoloq Rufiz Qonaqov qeyd edib ki, xalqa təbriklə müraciəti zamanı cənab prezident İlham Əliyev xalqımızı və dünyanı düşündürən vacib məsələlərə fikrini bilirib. “Prezident öz nitqində ilk növbədə ölkəmiz hərtərəfli inkişaf edir. Aparılan quruculuq işləri ölkəmizi gücləndirir, Azərbaycanın beynəlxalq nüfuzunu artırır. Xalq-iqtidar vəhdəti sabitliyin əsas təminatçısıdır.”-deyə Rufiz Qonaqov İlham Əliyevin çıxışındakı bu fikirləri vurğulayıb.

Millət vəkili Musa Qasımlı bildirib ki, prezidentin xalq qarşısında söylədiyi nitqi məzmununa görə geniş mahiyyətinə görə çox dərindir. “Burda bir daha göstərildi ki,ölkə daxilində yürüdülən bütün siyasətin ana xəttini Azərbaycan vətəndaşının maraqları təşkil edir. Keçən yola nəzər salındı və hədəflər müəyyənləşdirildi.”-deyə Musa Qasımlı qeyd edib.

Verilişdə o da vurğulanıb ki, İlham Əliyevin nitqində ictimai-siyasi sabitlik, təhlükəsizlik məslələri xüsusi əhəmiyyət kəsb edirdi. Bildirilib ki, dünyaya nəzər salsaq bu gün Azərbaycan sabit ölkələr sırasındadır. Bu sabitlik bütün sahələrdə özünü göstərir ki, bu da Azərbaycanın inkişafının əsasını təşkil edən mühüm amildir.

Məsələyə münasibət bildirən millət vəkili Elman Nəsirov qeyd edib ki, məhz ictimai-siyasi sabitlik bizim ən böyük tarixi naliyyətimizdir. Elman Nəsirov deyib: “İctimai-siyasi sabitliyin iki yolu var. Bunu bir neçə dəfə cənab prezident öz çıxışında qeyd edib ki, bunlardan biri inzibati yoldur. Digəri isə xalq və hakimiyyətin könüllülüyü birliyidir. Hakimiyyət iqtidar-xalq mənafeyindən irəli gəlir və bunun əsasında daxili və xarici siyasət yürüdülür. Xalq da bunu görür və həmin hakimiyyəti müdafiə edir”. Prezident İlham Əliyev öz nitqində beynəlxalq əlaqələrin genişlənməsi, Azərbaycanın yüksək regional əməkdaşlığa təkan verən bir ölkə olması, Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, VI Qlobal Bakı Forumunun qısa müddət ərzində özünəlayiq yer tutması, tarixdə ilk dəfə olaraq Bakıda Azərbaycan, İran, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin birinci görüşünün keçirilməsi kimi mühüm iqtisadi, siyasi və strateji əhəmiyyətli hadisələr barəsində xalqa geniş məlumat verib.

“Bizim Planet”də müzakirə edilən bütün bu məsələlərə nəzər salınaraq vurğulanıb ki, Azərbaycanın perspektivinə inam olmasaydı bu ölkələr Azərbaycanla əməkdaşlıq etməzdilər. Bu gün ölkəmizə böyük sərmayələr gəlir, Azərbaycan artıq kapital ixrac edən ölkəyə çevrilib. Bildirilib ki, beynəlxalq aləmdə Azərbaycana böyük inam və ümidlər var. Kiçik dövlət olmasına baxmayaraq Azərbaycan dünyanı narahat edən məsələləri qanunun aliliyinə və ədalətə söykənərək həll edən beynəlxalq layihələr həyata keçirdir. Qeyd edilib ki, dünya siyasətinin gündəliyində dayanan əsas məsələlərdən biri təhlükəsizlikdir ki, Azərbaycan öz təhlükəsizliyini tam təmin edən bir ölkədir. Regional əməkdaşlıq sabitliyi gücləndirir. İnkişaf sabitlik və təhlükəsizlik əsasında yaranır ki, biz bunu qoruyub saxlamalıyıq. Bütün bu naliyyətlər Azərbaycanın gücünü və nüfuzunu göstərən amillərdir deyə, çıxış edən siyasətçilər tamaşaçıların nəzərinə çatdırıblar.

Prezident nitqində Azərbaycanın mühüm beynəlxalq təşkilatların fəal üzvü olmasını, bu gözəl mənzərə fonunda Ermənistanın bütün regional əməkdaşlıq formatlarından tamamilə kənarda qalması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edən çoxsaylı qərar və qətnamələr qəbul edilməsini Ermənistanın siyasi məğlubiyyəti kimi vurğulayıb. İlham Əliyev bildirib ki, Dağlıq Qarabağda keçirilmiş qondarma “referendum” heç bir ölkə tərəfindən tanınmayıb. Bu, bir daha göstərir ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır və Azərbaycanın ayrılmaz hissəsidir.

“İki il bundan əvvəl Ermənistan döyüş meydanında üzləşdiyi məğlubiyyətdən bu günə qədər də özünə gələ bilmir. Bu gün Azərbaycan bayrağı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının vaxtilə işğal altında olan torpaqlarında dalğalanır. Gün gələcək ki, bizim bayrağımız Şuşada və Xankəndidə dalğalanacaqdır.”- deyə prezident İlham Əliyev xalqa müraciətində əminliklə vurğulayıb.

Dövlət başçısının çıxışındakı bu vacib məqamalar “Bizim Planet” verilişinin müzakirələrində xüsusi qeyd edilib. Bildirilib ki, Ermənistanın siyasi məğlubiyyətinin ən böyük göstəricisi odur ki, bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab edirlər. Digər tərəfdən aprel döyüşlərindən sonra Ermənistan hakimiyyəti və xalqı dərk etdi ki, Azərbaycan əzəli torpaqlarını geri qaytarmaq gücünə və iqtidarına sahibdir. Vurğulanıb ki, məğlubiyyətə uğramış Erməistan siyasəti bir daha başa düşdü ki, işğalçılıq prinsipləri ilə heç vaxt mövcud olmaq mümkün deyil. Azərbaycan nə qədər sülhpərvər bir dövlət olsa da bir gün bu münaqişənin həllində hərbi hüquqlarından istifadə edəcək. Ağ Yol İnformasiya Agentliyi




Baxış sayı: 2 216
İmarət Cəlilqızı yazır: Sən güclüsən!..   Bu gün, 11:30 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib Bu gün, 11:00 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 10:30 Prezident və birinci xanım Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub Bu gün, 10:30 Xocalıda Anım Günü ilə bağlı ağacəkmə aksiyası təşkil olunub Dünən, 17:30 Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib Dünən, 17:00 Qaradağ rayonu ərazisində vulkan püskürməsi qeydə alınıb Dünən, 09:30 Ərdoğan: Türkiyə regionda uzunmüddətli sabitliyin tərəfdarıdır Dünən, 08:30 “Çal qılıncın, yetdim!.." 25-09-2026, 21:00 MN: Azərbaycan, Türkiyə və Özbəkistan hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirib 25-09-2026, 20:00 Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərə daha 19 avtomobil təqdim edilib 25-09-2026, 18:30 Azərbaycan Prezidenti: Ölkəmiz Asiya ilə Avropa arasında mühüm bağlantı həlqəsinə və qapıya çevrilib 25-09-2026, 12:30 Milli Məclisdə Dövlət Qulluğu Məcəlləsi ilə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb 25-09-2026, 12:30 Lətif Kərimovun irsi ilə bağlı elektron biblioqrafik icmal hazırlanıb 25-09-2026, 11:30 Şarl Mişel: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal dialoq üçün mühüm platformadır 25-09-2026, 10:30 Azərbaycan və Ermənistan XİN başçıları sülh gündəliyini və nəqliyyat əlaqələrinin açılmasını müzakirə ediblər 25-09-2026, 10:30 Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub 25-09-2026, 10:00 "Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib 24-09-2026, 20:30 Ceyhun Bayramov İƏT toplantısında çıxış edib 24-09-2026, 20:30 Nazirlər Kabinetində geniş iclas keçirilib 24-09-2026, 20:30 “Diri Baba” türbə-kompleksinin rəhbəri: Övliya Çələbi mağarada qeyri-adi mənzərənin şahidi olub 24-09-2026, 19:30 New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting 24-09-2026, 17:30 Azərbaycanın dini konfessiya rəhbərləri: 27 Sentyabr Böyük Zəfər yolunun başlanğıc nöqtəsidir 24-09-2026, 12:30 Qərbi Azərbaycanda tarixi abidələrimiz - Gerqaç məbədi 24-09-2026, 11:30 “27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edilib 24-09-2026, 11:30 Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir 24-09-2026, 11:00 Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik münasibətlər qurulub 24-09-2026, 08:00 “Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib 23-09-2026, 18:00 Rubio: İranın heç vaxt nüvə silahı əldə etməməsi təmin olunmalıdır 23-09-2026, 18:00 Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub 23-09-2026, 18:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930